beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi Hədislər (Savab iş görmənin və görmək istəmənin fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah  buyurdu: «Qulum yaxşı bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirə bilmədikdə belə Mən onun üçün yaxşı bir əməl kimi yazaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin on mislini yazaram. Həmçinin qulum pis bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirməkdən vaz keçərsə, Mən onu bağışlayaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin mislini yazaram». Allah Elçisi (s.a.v) buyurdu: «Mələklər dedilər: «Ey Rəbb! Bu qulun pis bir əməl etmək istəyir» - Allah qulunu mələklərdən daha yaxşı gördüyü halda buyurdu: «Qulumu gözləyin. Əgər onu yerinə yetirərsə, onun üçün əməlinin mislini yazın. Əgər onu tərk edərsə, onun üçün yaxşı bir əməl kimi yazın. Çünki o, (pis əməlini) yalnız Mənə görə tərk etmişdir». Həmçinin Allah Elçisi  buyurdu: «Hansı birinizin İslamı gözəl olarsa, Allahla görüşənə qədər etdiyi hər yaxşı əmələ görə ona on qatdan yeddi yüz qata qədər (savab) yazılar. Etdiyi hər pis əmələ görə də eynilə (bir günah) yazılar».

(Muslim 129 (185, 351, 352, 353).


İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Uca Rəbbindən belə rəvayət etmişdir: «Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir: «Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar».

(əl-Buxari 81. Kitəbur-Riqaq 31 (6010, 6491); Muslim 131. )


Tarix: 24.04.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Hedisler