beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana olmaq istəyənlərə xəbərimiz var

Sonsuzluğun səbəbləri arasında hamilə qalma yaşı, borularda tıxanma, stress, ovulyasiyanın vaxtında səhv, yumurta və sperma pozğunluqları əhəmiyyətli yer tuturr. Bəs bunlara qarşı ən praktik həllər nələrdir?
Hamiləlik əldə etmək bir çox faktora bağlıdır. Əsas əhəmiyyətli olan doğru ovulyasiya vaxtı və kifayət sayda cinsi əlaqədir. Ovulyasiya prosesi başladıqdan sonra spermanın yumurtanı tutaraq döllənməni təmin etməsidir. Lakin hər qadının yumurtlama dövrünün fərqli olduğu məlumdur.
Bununla yanaşı cinsi əlaqənin kifayətliliyi də çox əhəmiyyətlidir.
Cütlərə normal olaraq həftədə 3 dəfə cinsi əlaqə təklif edilir. Ancaq bəzən bu şəxslərdə stress kimi faktorlardan qaynaqlanan vaginal quruluq, ağrılı cinsi əlaqə (Disparoni), zamanlı cinsi əlaqəyə (Timed İntercourse) bağlı şikayətlər də müşahidə edilir və əlaqə sayında da çətinlik olmaqdadır. Bu çətinliklər yaşandığında istifadə ediləcək olan vaginal gellərə çox diqqət yetirilməlidir.
Bir çox vaginal gellər, spermaların hərəkətliliyinə və yaşamasına mane ola bilır. Qadınlarda isə bakteriya törəməsi, göbələk, qaşınma kimi problemlərə səbəb olur. Ona görə də təbii və bitki mənşəli və tərkibli, spermalara zərər verməyən, sperma hüceyrələrinə antioksidan dəstəyi təmin edərək gücləndirən, spermaların yumurtaya doğru olan hərəkətində əhəmiyyətli dərəcədə faydalı məhsullar seçilməlidir.


Tarix: 26.01.2015 / 11:15 Müəllif: Aziza Baxılıb: 475 Bölmə: Ginekoloq Meslehetleri