beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menstruasiya haqqında bildiklərin nə qədər doğrudur?

Bu mövzu qadınların cavablarını bilmək istədikləri ancaq sırf streotiplərin səbəbindən soruşmağa və öyrənməyə çəkindikləri suallarla zəngindir.


İdman etmək olarmı?

Əlbəttə,həkimlər bunun qadınların bu dönəmi olduqca rahat və sağlam bir şəkildə keçirə bilmələri üçün idmanı faydalı məsləhət olaraq bildirirlər.Bu eyni zamanda ağrıların azalmasının təminatıdır.


Üzmək olarmı?

Cəmiyyətdə bu dönəmdə üzmənin kifayət qədər ziyanlı ola biləcəyi haqda şayiələr dolansa belə,tibb aləmi hələ bunun ziyan ola biləcəyi bir əsasın olmadığını iddia edir.Sadəcə bu halda tamponlardan istifadə edilməsi daha rahat olduğundan bu şəkildə özünüzü qorumağınız məsləhətdir.Narahat olmayın,üzmək sizi rahatladacaq,qanınızın pıxtalaşmasına,hər hansı bir əlavə narahatçılığa və ağrıların artmasına səbəb olmayacaq.

Gənc və bakirə qızlar tampon istifadə edə bilərmi?

Şübhəsiz ki bunu həkimə müraciət etmədən istifadə etməyiniz düzgün hesab edilmir,ancaq müşahidələr göstərir ki ölçücə qısa olan tamponlar hətta ilk menstruasiya zamanı da istifadə oluna bilər.O süngəri bir quruluşda olduğundan qanın axmasının qarşısını almaz və sizin qorunmağınızda bezlər qədər effektlidir.Hər bir halda qinekoloq ilə məsləhətləşməyiniz məqsədəuyğundur.


Adət ağrıları psixoloji bir haldırmı?

Xeyr,bu sırf fizioloji bir haldır.Uşaqlıq əzələlərinin hərəkətliliyi səbəbindən yaranan ağrılara qadınlar individual olaraq reaksiya edirlər.Bu ağrıların qarşısı adi ağrıkəsici preparatların köməkliyi ilə alına bilər.Əgər ağrılar daimi,intensiv və şiddətli xarakter daşıyırsa həkimə müraciət etməyiniz məsləhətdir.Çünki,bu endometriozun xəbərdarı ola bilər.

Menstruasiya zamani hamilə qalmaq olarmı?

Mümkündür.Adətən follikulun partlaması menstruasiyadan 10-18 gün sonra baş verirsə belə sırf individual hallarda bunun mümkün olduğunu tibbi praktikada da təsdiqini tapmaq olar.Nəzəri olaraq isə menstruasiyanin 8-ci günü əlaqədə olunduğunu hesab etsək və spermanın 2 gün yaşama qabiliyyətli olduğunu nəzərə alsaq sırf nəzəri olaraq 10-cu gündə hamilə qalına bilinəcəyi aşkar olunur.


Tarix: 22.11.2014 / 16:14 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Ginekoloq Meslehetleri