beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dahi Mourinyodan maraqlı sitatlar

“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun dahi məşqçi olduğunu heç kim danmır. Bu mənada onun verdiyi hər açıqlama da böyük marağa səbəb olur. Portuqaliyalının səsləndirdiyi bəzi maraqlı fikirləri sizə təqdim edirik və düşünürük ki, sizin üçün də maraqlı olacaq:



Əgər, sən yaxşı baraban çalmağı bacarırsansa, sənə skiripka ilə məşğul olmağı məsləhət görənlərə qulaq asma.

Mən dünyadakı ən yaxşı məşqçi deyiləm, amma inanmıram ki, məndən də yaxşısı ola.

Əgər, asan iş axtarsaydım, o zaman “Portu”da qalardım-əla mavi kreslo, Çempionlar kuboku, Allah və Allahdan sonra mən.

Nə vaxtsa, həyatımdan film çəksələr, düşünərəm ki, rolumu Corc Kluni ifa etməlidir. O, əla aktyordur və həyat yoldaşımın fikrincə, mənim rolumu əla yerinə yetirə bilər.

Xose Qvardiola fantastik məşqçidir. Amma o, Çempionlar Liqasını elə şəkildə qazanıb ki, mən bu cür uğur qazanmağa sadəcə, utanardım.

Müdrik insana qulaq asmaq istəyəndə danışmağa başlayırdım.

Həmkarlarım nəyə görə məni tənqid edirlər? Çünki bilirlər ki, səhər onlar qəzetlərin ilk səhivəsində yer alacaqlar. Onlar üçün havayı və əla reklamdı.

Əgər, “Barselona” rəqibindən yaxşı oynayırsa, o zaman qələbə qazanacaq. Yox, rəqib “Barselona”dan yaxşı oynayırsa, o zaman hakim əlindən gələni edəcək ki, kataloniyalılar qalib gəlsin.

Bilmirəm insanlar məni sevirlər, ya yox, amma dünyanın 3 ən mühüm çempionatını qazanan yeganə məşqçiyəm. Buna görə də insanlar məni “xüsusi” deyil, “yeganə” adlandırmalıdırlar.

1 dəfə 0:5 hesabı ilə uduzmaq, 5 dəfə 0:1 hesabı ilə uduzmaqdan yaxşıdır.

Elələri var ki, onlar qələbə qazandıqdan sonra sevinirlər. Mənimsə buna vaxtım yoxdur.

Dünyanın ən yaxşı futbolçusu ifadəsini ləğv etmək lazımdır. Çünki Messi və Ronaldo başqa planetdəndirlər. Mən istərdim ki, öz futbolçum qalib olsun. Çünki dünyanın ən güclü çempionatını qazandı (Ronaldonu nəzərdə tutur). Amma istənilən halda sözügedən hər iki futbolçu möhtəşəmdir.

Məncə, Messi ardıcıl dördüncü dəfə “Qızıl top”u qazanması qeyri-mümkün idi. Çünki Kristiano Ronaldo bu uğura cəmi 1 dəfə imza atıb. Əgər, hər iki futbolçu səviyyəcə eynidirsə, o zaman onların arasında “Qızıl top” sayında belə fərq ola bilər?


Tarix: 04.12.2014 / 17:13 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Futbol