beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UEFA futbol qaydalarını dəyişir

Futbolu daha da izlənilən və həyəcanlı hala gətirmək istəyən UEFA maraqlı dəyişiklikləri gündəminə gətirib. Yeni dəyişikliklərlə ehtiyatdakı heyət genişlənəcək və hətta futbolçulara 10 dəqiqəlik mini cəzalar veriləcək.

Bu yeni qaydaların araşdırılmasından isə «Manchester Yunayted»İn sabiq baş məşqçisi Aleks Ferqyuson məsul olacaq. Şotland mütəxəssis UEFA elit məşqçi forumunda hakimlərlə birlikdə işlər görəcək.

İddialara görə, bəzi dəyişikliklər AVRO-2016-da tətbiq olunmağa başlanılacaq. Gündəmdəki ən böyük dəyişikliyə görə, tək matçlıq oyunlarda penalti seriyası 120 dəqiqənin sonunda deyil, 90 dəqiqənin ardından və ya oyundan öncə olacaq.

Penaltini qazanacaq komanda 120 dəqiqə sonra bərabərlik pozulmazsa, növbəti mərhələyə keçəcək. Beləliklə də oyun zamanı hesabı qorumaq istəyən komandaların müdafiəyə meylli oynamaq cəhdlərinin qarşısı alınacaq.

Ehtiyat heyətdəki futbolçuların sayı isə 11-ə çatdırılacaq.


Tarix: 04.12.2014 / 17:10 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Futbol