beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhur müsəlman futbolçular

Futbola həvəslə baxırsız, amma futbolçular arasında hansının müsəlman olduğunu bilmirsiz.
İndidən qeyd edək ki, müsəlman futbolçuların sayı heç də az deyil və artmaqdadır.

1. Zinəddin Zidan
Fransanın əlcəzairli futbolçusu. Valideynləri İsmayıl və Malikə 1953-cü ildə Əlcəzairin Kabiliyə bölgəsindən Fransanın paytaxtı Parisə miqrasiya edib. Atası burada iş tapa bilmədiyi üçün Marselə köçüblər.


2. Məsud Özil
Almaniya milli futbol komandasının və Arsenal yarımmüdafiəçisi. Türk əsilli alman futbolçu. Türkiyə Milli Futbol Komandasını dəvət gəlməsinə baxmayaraq Məsud Özil Almaniya Milli Futbol Komandasında çıxış etmə qərarı vermişdir. Məsud, Real Madrid klubuna imza atan ilk türk əsilli Alman futbolçu olmuşdur.


3. Tyerri Anri
Tyerri Anri islam dinini 2006-cı ildə qəbul etmişdir. İslam dininə marağı onda məşhur fransız futbolçu Frank Riberi oyatmışdır. Anri 1977-ci ildə Parisdə çox kasıb ailədə böyümüşdür.


4. Frank (Bilal) Riberi
Fransa millisinin və «Bayern» (Münhen) klubunun futbolçusu, 2012/2013-cü ilin Avropanın ən yaxşı futbolçusu seçilmişdir. Frank müsəlmanlığı əl-cəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub.


5. Kərim Benzema
Əlcəzair əsilli Fransa futbolçusu. Kərim Lion şəhərinə miqrasiya edilmiş kasıb əlcəzairli ailədə böyüyüb. 2009-cu ildə 35 milyon evro qarşılığında Real-Madrid klubuna transfer olunmuşdur.


6. Samir Nəsri
Fransada onu “Yeni Zidan” adlandırırlar. Nəsri Fransada əlcəzairli ailədə müsəlman ruhuyla böyümüşdür. Hazırda Manchester City klubunun oyunçusudur.


7. Didye Drogba
Kot-d’İvuar futbolçusu, Türkiyənin Qalatasaray klubunun hücumçusu və Kot-d’İvuar milli futbol komandasının kapitanıdır. Didye Droqba 1978-ci il martın 11-də Kot-d’İvuarda anadan olub. «Tito» ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgəFransaya gəlir. Fransada futbolun sirrlərinə yiyələnməyə başlayan «Tito» ilk peşəkar müqaviləsini 1998-ci ildə Le-Man klubu ilə bağlayır.


8. Robin Van Persie
Faslı Büşra adlı qadınla evlənib müsəlmanlığı qəbul etdiyi söylənilir. Amma bu barədə Hollandiya futbolçusu Van Persie özü heç bir məlumat verməmişdir.


9. Erik Abidal
O da bir “Bilal”. İslamı qəbul etdikdən sonra Bilal ləqəbi götürmüşdür. Martinika əsilli Fransa Milli Futbol komandasının oyunçusu Abidal 2006-cı ildə islam olduğunu rəsmən elan etmişdir.


10. Kolo Toure (Yaya)
Fildişi sahilllərindən olan futbolçu hazırda Arsenalın əsas oyunçularından hesab olunur. Dünya futbolunun son dövrdə gördüyü ən yaxşı stoperlər arasında göstərilir.


Tarix: 04.12.2014 / 17:12 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Futbol