beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir futbolçunun həyatı

Hekayə 21 il əvvəl baş verib.

Afrikada -Togoda 4 yaşında bir uşaq.

Doğulduğu gündən etibarən ilk addımlarını müşahidə edən ailəsi yeriyə bilməyən uşaqları üçün dərman axtarırlar.

Nigeryaya, Qanaya müalicə üçün aparırlar. Çarə tapılmır.
Anası; «artıq tək çarə dua etməkdir» deyir. Uşağı qucağına götürür və kilsəyə gedir. Rahib, qadına yeddi gün boyunca dua etməsi lazım olduğunu söyləyir.

Qadın kilsədə yeddi gün dua edir. Yeddinci gün, bir bazar günündə kilsənin qarşısında top oynayan uşaqlardan biri topa elə vururki,top kilsənin qabağına düşür və top kilsənin qapısından içəri girir. Dua edən qadının yanında oturan uşaq, topu görüncə ayağa qalxır və topa doğru getməyə başlayır.

O həyatında ilk dəfə addım atır. 21 il sonra uşaq bunu izah edərkən «Bilirəm inanılmaz bir şey kimi görünür amma doğrudur. Futbol mənim taleyim imiş» deyir. O uşaq Toqo yığmasının,vaxtilə Arsenal,Mançestr Siti,Real Madrid və hal-hazırda Tottenhamin formasını geyinən Emmanuel Adebayordur...


Tarix: 04.12.2014 / 17:09 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Futbol