beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Futbol rekordları

Fərdi qollar
Fransız Stefan Stanis 13 dekabr 1942-ci ildə Milli çempionatda bir oyun ərzində 16 qol vurub.
Beynəlxalq matçlarda isə Danimarka yığmasının oyunçusu 1908-ci ildə Olimpiya oyunlarında Fransa yığması ilə görüşdə 10 qol vurub (17:1). Elə bu qədər də qolu 1912-ci ildə Olimpiya oyunlarında Almaniya-Rusiya (16:0) matçında Qotfrid Fuks vurub.
Bir mövsümdə ən çox qol vuranlar1927-1928-ci illər mövsümündə vurulmuş qollar üzrə rekordlar 39 matçda 60 qol vuran Uilyam Ralfa və 38 matçda 66 qol vurmuş Ceyms Smitə məxsusdur.

Digər rekordlar
Braziliyalı Artur Fridenrayx təsdiq olunmamış məlumatlara əsasən 26 illik futbol karyerasında (1909-1935) 1329 qol vurub.
Vrans Binder 1930-1950 illərdə Avstriya və Almaniyada keçirdiyi görüşlərdə 756 oyunda 1006 qol vurub.

Ən yaxşı qapıçılar
Madrid «Atletiko»sunun qapıçısı olmuş Eybl Resino beynəlxalq görüşlərdə 1275 dəqiqə ərzində qapısından top buraxmayıb.
İtaliyalı qapıçı Dino Zoff 1972-ci ilin sentyabrından 1974-cü ilin iyununadək qapısını «quru» saxlayıb.
Ən «görkəmli» qapıçı İngiltərə millisinin qapıçısı olmuş Villi Henri 1,90 metr boya və 141 kq çəkiyə malik olub. Son oyunlarını «Bredford»da keçirib, buna qədər onun çəkisi 165 kq-a qədər artıb. Bir dəfə oyundarın birində o, qapının üst dirəyini sındırdııb.

Maksimal hesab
Beynəlxalq görüşlərdə maksimal hesab 17:0-a bərabərdir. Bu hesab iki dəfə- 30 iyun 1951-ci ildə İngiltərə -Avstraliya və 1993-cü ildə İran-Maldiv Adaları arasındakı matçlarda qeydə alınıb.
Milli çempionatda isə ən böyük hesab 36:0 olub. Bu hesab 5 sentyabr 1885-ci ildə qeydə alınıb.

Ən tez edilmiş het-triklər
Bu rekordlardan biri «Tottenhem Hotspur»da oynamış Corc Holla aiddir. 16 noyabr 1939-cu ildə «Old Traford»da keçirilən İngiltərə-İrlandiya matçında o, 3,5 dəqiqəyə 3 qol vurub.
Maqlioni 18 mart 1973-cü ildə Argentina birinciliyində «İndependiente»-«Gimnaziya» matçında 1 dəqiqə 50 saniyəyə het-trik edib.
28 fevral 1942-ci ildə rəsmi qeydə alınmış rekord «Blekpul»un oyunçusu Efraim Cok Doddsa məxsusdur. O, 2,5 dəqiqə ərzində rəqib qapısına 3 qol vurub.
18 dekabr 1993-cü ildə «Kuin of Saut»un oyunçusu Tommi Brays oyunun 9,10,11-ci dəqiqələrində qol vurub.
16 sentyabr 1922-ci ildə «Blekbörn Rovers»in oyunçusu Con Makintayr 5 dəqiqəyə 4 qol vurub.
7 noyabr 1931-ci ildə «Vest Bromviç Albion»un oyunçusu oyunun ilk 5 dəqiqəsində 4 qola imza atıb.

Milli çempionatların finalında qeydə alınmış maksimal hesab
1935-ci ildə İsveçrə birinciliyində «Lozanna Sports» 10:0 hesabı ilə «Bazel»ə qalib gəlib, özü isə eyni hesabla 1937-ci ildə keçirilən final oyununda «Qrasshoppers»ə uduzub.

Öz qapısına ən tez qol vuran futbolçu
Bu «rekord» 3 yanvar 1977-ci ildə oyunun 6-cı saniyəsində başı ilə topu öz qapısına göndərən «Torki Yunayted»in futbolçusu Pet Kruza məxsusdur.

Rekord top atışı
«Birminqem Siti»də oynamış Endi Leqq topu 44,54 metr məsafəyə atıb.
«Mançester Yunayted» və «Mançester Siti»də oynamış Uilyam Meredit 26 il dalbadal (1895-1920-ci illər) beynəlxalq görüşlərdə iştirak edərək rekorda imza atıb.

Ən böyük stadion
Braziliyanın «Marakana» stadionu 205 min adam tutur, bunun 155 mini oturuqlu vəziyyətdədir.

Ən intizamsız matç
1993-cü ildə Paraqvay çempionatında hakim Vilyam Veyler matç zamanı 20 oyunçunu meydandan qovub.


DÇ-da ən çox qazanılmış şəxsi qələbə
Pele yeganə futbolçudur ki, milli yığmanın tərkibində 3 dəfə çıxış edərək dünya çempionluğunu qazanmağa nail olub- 1958, 1962 və 1970-ci illər. Müəyyən müddət ərzində ən çox vurulmuş qolBu rekord da Peleyə məxsusdur. O, 1956-1977-ci illər arasında keçirdiyi 1363 oyunda 1281 qol vurub. Ən uğurlu ili isə 1959 il olub. Həmin ildə o, 128 qola imza atıb. Özünün 1000-ci qolunu «Santos» klubunda çıxış edərkən «Marakana» stadionunda 19 noyabr 1969-cu ildə 909-cu oyununda penaltidən vurub.
DÇ-da ən çox qol vurmuş futbolçu Almaniyalı Herd Müller 1970-ci ildə keçirilən DÇ-da 10 qol vuraraq rekorda imza atıb.

Ən böyük futbol turniri
1999-cu il yanvarın 9-dan aprelin 25-dək keçirilən Banqkok liqasında 5098 komanda və 35686 futbolçu iştirak edib.

Ən bahalı futbol köynəyi
Britaniyalı futbolçu Geof Hurstun 1966-cı il DÇ-nın finalında Almaniya ilə oyunda geyindiyi qırmızı rəngli köynək 2000-ci ildə London auksionunda 91750 funda (134393 dollara) satılıb.

DÇ-da iştirak etmiş ən yaşlı futbolçu
Bu, Kamerun yığmasının oyunçusu Albert Rocer Miladır. O, 1994-cü il DÇ-da Kamerun-Rusiya matçında 42 yaşında meydana çıxıb.

Səudiyyə Ərəbistanından olan Məcid Abdulla Məhəmməd 1978-1994-cü illər arasında milli komandada 147 matç keçirərək rekorda imza atıb.
Britaniyalı qapıçı Piter Şilton meydana 1390 dəfə çıxıb, bunun 1005-ni milli liqada oynayaraq rekord vurub.


Tarix: 04.12.2014 / 17:12 Müəllif: Aziza Baxılıb: 202 Bölmə: Futbol