Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Notrdam qozbeli (film, 1997)

"Notrdam qozbeli" (ing. The Hunchback) — rejissor Piter Medakın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

XV əsrin sonlarının Paris şəhəri. Üç nəfər kişi: Paris kilsəsinin arxidiakonu Klod Frollo, kilsənin zəngçisi qozbel Kvazimodo və şair Pyer Qrenquar eyni bir qıza aşiq olublar. Həmin qız qaraçı Esmeraldadır. Lakin onun uğrunda əsas rəqabət Frollo və Kvazimodo arasında getməyə başlayır...

Film haqqında
Film məşhur yazıçı Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı əsasında çəkilmişdir.
Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı müxtəlif illərdə kinematoqrafçılar tərəfindən bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, bu günə qədər bu romanın əsasında 15 film (1905, 1911, 1917, 1922, 1923, 1939, 1956, 1966, 1977, 1982, 1986, 1996, 1997, 1999, 2002-ci illərdə) çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Viktor Hüqo
Ssenari müəllifi : Con Fazano
Rejissor : Piter Medak
Operator : Elemer Raqaym
Bəstəkar : Ed Şirmör
Prodüser : Stefan Reyçel

Rollarda
Mendi Patinkin – Kvazimodo
Riçard Harris – Klod Frollo
Salma Hayek – Esmeralda
Edvard Atterton – Pyer Qrenquar
Benedik Blays
Naycel Terri – kral Lui
Cim Deyl


Tarix: 22.02.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 462 Bölmə: Filimler
loading...