Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bizim küçənin oğlanları (film, 1973)

Məzmun
Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır.
Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir.

Film haqqında
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Oqtay Orucov
Quruluşçu rejissor : Tofiq İsmayılov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Nazim Əliverdibəyov
Səs operatoru : Kamal Seyidov
Rejissor : Elxan Qasımov
Operator : Ələsgər Ələkbərov (II)
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Rejissor assistenti : Cəfər Əsədov, Malik Əlicanov
Operator assistenti : Rəsul Bayramov, Boris Petrov
Rəssam assistenti : Mahmud Aslanov
Qrim rəssamı : Nataliya Jukova
Montaj edən : Yevgeniya Maxankova
Çalır : Leninqrad Simfonik Orkestri
Dirijor : Vaxtanq Jordaniya
Redaktor : Fərman Kərimzadə
Filmin direktoru : Əli Məmmədov (III), Akif Musayev

Rollarda
Ənvər Həsənov-Arif
Sədaqət Dadaşova-Elmira
Salam İsmayıl(Salam İsmayılov kimi)-Tofiq
Ömür Nağıyev-Rasim
Nəsibə Zeynalova-Səriyyə xala
Əliağa Ağayev-Mehdi
Ağasadıq Gəraybəyli-Rüstəm kişi
Məlik Dadaşov-Əbdül
Şahmar Ələkbərov-İbrahim
Tariyel Qasımov-Əliş
Zemfira İsmayılova-Gülyaz
Leyla Bədirbəyli-Leyla
Sofa Bəsirzadə-Sona
A. Ələsgərov
Ş. Rzayeva
Firəngiz Şərifova
S. İsmayılova
Şəfiqə Qasımova
Bahadur Əliyev-Küçə sakini
Əminə Yusifqızı
Almaz Əsgərova-İbrahimin arvadı
Ramiz Əzizbəyli-Məhəllə sakini

Filmi səsləndirənlər
Həsən Əbluc-Arif (Ənvər Həsənov) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Elmira (Sədaqət Dadaşova) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Rasim (Ömür Nağıyev) (titrlərdə yoxdur)
Səməndər Rzayev-Əbdül (Məlik Dadaşov) (titrlərdə yoxdur)
Rasim Balayev-İbrahim (Şahmar Ələkbərov) (titrlərdə yoxdur)


Tarix: 11.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Filimler
loading...