Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güzgülər (film, 2008)

Güzgülər (Mirrors) - Aleksandr Aja tərəfindən 2008-ci il də çəkilən qorxu filmidir. Filimdə Kiefer Saterlend baş rolu aldı. Filmin adı əvvəl Güzgüyə(To Mirror)adlanırdı,lakin sonradan dəyişildi və Güzgülər adlandı. Filimin çəkilişkləri 1 may 2007 başlandı və Amerkan teatrlara 15 avqust 2008-də buraxıldı.

Film mənşəcə 2003 Cənubi Koreyanın qorxu filmi olan Güzgünün içinə (Into the Mirror) filminin əsasında çəkilmişdir.

Məzmun

Film metro stansiyadan keçən təhlükəsizlik xidməti əməkdaşından başlayır.Mühafizəçi qaçır və otağa girəndə görürki. bütün güzgülər onu əks etdirir.O güzgüdən onu öldürməməyini xahiş edir. Qəfildən güzgü çatlayır və ondan bir parça yerə düşür.Mühafizəçi yerdəki, güzgü parçasını əlinə alır və onun güzgüdəki əksi öz boğaını kəsr.Və mühafizəçi ölür... Polis detektivi vəzifəsindən müvəqqəti kənarlaşdırılan Ben Karson on il əvvəl yanğından xaraba qalmış Mayflower-də təhlükəsizlik əməkdaşı kimi işə başlayır.Yanğında sonra da bina bir çox güzgüləri özündə saxlayırdı.Ben həqiqətdə qapının bağlı güzgüdə isə açıq olduğunu görür.Uzun müddət Benin başına bir çox belə hadisələr gəlir və Ben elə bilir ki bu hallyusinasiyalardır.O tezliklə Qerri Luisin sənədlərini tapır və onun ondan əvvəl burada işləyən gecə mühafizəçisi olduğunu bilir(filmin başlanğıcında ölən şəxs).Ben Qerrinin cinayət fotoşəkilllərinə baxdıqdan sonra başa düşdü ki,bunu onlar yox onların güzgüdəki əksləri edir.Ben bacısının işlədiyi yer gedəndə ona deyir ki,"mən hərdən güzgüyə baxanda mənə elə gəlir ki, mən güzgüyə yox,güzgü mənə baxır." Eyni zamanda,Benin bacısı güzgünün qabağından çəkiləndə əksi güzgüdə qalır.Onun əksi çənəsini hər iki tərəfdən tutur və yavaş-yavaş dartmağa başlayır.Bacısının çənəsi kənarlardan tamamilə çırılır və hər yer qan olur,o ölür.Ben onu tapanda çox hirslənir və Mayflowerə gedir.O əsas güzgünü qırmağa cəhd edir və bu zaman güzgüdə çatlarla bir soyad yazılır:"ESSEKER".O Mayflower-in yarısı su altında qalan zirzəmisinə daxil olur və oradakı "Psixiatrik Tədqiqatlar"-ın aparıldığı yeri tapır.O divardan suyun sızdığı yeri görür və divarı dağıtmağa başlayır.O hər tərəfdən güzgülərlə əhatə olunmuş və ortada stul olan otağı tapır.".O buradakı xəstəni təyin etmək üçün polis dostu Lerridən bunu xahiş edir və Lerri Onun adının Anna Esseker olduğunu və onun dəli olduğunu deyir.Anna 12 yaşında kütləvi intiharda öldüyünü sənədlərdə yazılırdı.Lakin Ben Annanın fayılına baxır və onun Ölüm Haqqında Şəhadətnamasini danmış İcazəni və Razılıq formalarını tapır.Bu vaxt Benin həyat yoldaşı Emi(rol Paula Patton) Mayklın güzgünün qarşısından duranda əksinin güzgüdə qaldığını gördü.Emi dərhal Benə deyir və onlar bütün əks etdirən əşyaları boyayırlar. Ben Annanın əvvəl qaldığı evi tapır və məlum olur ki, onu uşaq vaxtı zirzəmidə ciddi nəzarət altında saxlayırmışlar.Onu güzgülü otaqda saxlayıb müalicə etdikdən sonra onu Monastıra göndərirlər.Çünki,Monastırda güzgüyə baxmaq qadağandır və ümumiyyətlə orada güzgü olmur.Ben Monastıra gedib Annanı tapır.Elə bu vaxt Maykl boyanmış əşyaların üzərini bıçaqla təmizləyir və evdəki bütün suları açıq qoyur və bütün yer su olur.Emi Deyzini təhlükəsiz yerə qoyur və Mayklın yanına gedir amma Maykl qaçır.Ben Annanı Monastırdan çıxarıb Mayflower-ə gətirib güzgülü otaqdakı stula bağlayır.Maykl yerdəki sudan qəfildən dartılmağa başlayır və batır.Mayflower-sdəki işıqlar partlayır və güzgüdəki ilbislər yenidən Annaya qayıdır və bütün güzgülər partlayır.Eyni zamanda,Maykl yerdən çıxır.Anna Benə hücüm edir və onlar dalaşmağa başlayır.Ben qaz xətdini yandırır,Annanı öldürür və bina partlayır.Ben çıxışatərəf qaçır və binadan çıxmağı bacarır.Küçə polis və yanğın söndürənlərlə dolu idi.Ben onların yanına gedir ancaq heç biri Benə fikir vermir.Ben görür ki,bütün yazılar güzgüdəki kimi əksinə yazılıb.O başa düşür ki,güzgü dünyasına düşüb.O küçədəki güzgünün yanına gedir və öz əksini görmür və o əlini güzgüyə qoyur və həqiqi dünyadakı həmin güzgüdə onun əli meydana çıxır.

Rollarda
Kifer Sazerlend - Ben Karson
Paula Patton - Emi Karson
Emi Smart - Ancela Karson
Meri Bet Peyl - Anna Esseker
Ceyson Fleminq - Lerri Börni
Kameron Boys - Maykl Karson
Erika Qlük - Deyzi Karson
Julian Qlover - Robert Esseker
Con Şrepnel - Lorenzo Sapelli
Coş Koul - Qari Levis
Tim Ahern - dr. Morris


Tarix: 22.02.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: Filimler
loading...