Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avara (film, 1951)

"Avara" (hindi आवारा) — 1951-ci ildə istehsal olunmuş Hindistan filmi.Mündəricat
1 Məzmun
2 Film Haqqında
3 Filmin Heyəti
3.1 Filmin üzərində İşləyənlər
3.2 Rollarda


Məzmun

Rac küçədə anadan olub və orada da yaşayır. Eləcə də kiçik oğurluqla məşğul olur. Onun əsl atası – varlı hakim Raqunat çox illər qabaq arvadını – Racın anasını hamilə olduğuna baxmayaraq evdən qovmuşdu. Rac uşaqlıqda onunla bir məktəbdə oxuyan Rita adlı bir qızla tanış olur. Hakim Raqunat həm də Ritanın qəyyumu olur. Raqunat Ritanın ona şübhəli görünən Racla görüşməsinə etiraz edir və onu başqa şəhərə aparır. Küçədə yaşayan Rac Caqqa ilə tanış olur. Caqqa ona sanki atasını əvəz edir. Rac təsadüfən bilir ki, Caqqa onun atasının anasını evdən qovmasına səbəbkar olub. Rac qəzəbdən Caqqanı öldürür. Onu həbs edirlər. İş elə gətirir ki, məhkəmədə hökmü hakim Raqunat oxuyur. Rac ömrünün 3 ilini həbsdə keçirməli olur. Raca ürəyi yanan isə yalnız Rita olur və onu gözləyəcəyini bildirir.

Film Haqqında
Film 1953-cü ildə nüfuzlu Kann Kino Festivalında nümayiş etdirilmişdir.

Filmin Heyəti

Filmin üzərində İşləyənlər
Müəlliflər : Kvaya Əhməd Abbas, V.P. Sate
Ssenari müəllifi : Kvaya Əhməd Abbas
Rejissor : Rac Kapur
Operator : Radhu Karmakar
Rəssam : M.R. Axrekar
Bəstəkar : Şankar, Caykişan
Prodüser : Rac Kapur
Mahnıların sözləri : Həsrət Caypuri, Şaylendra

Rollarda
Rac Kapur – Rac Raqunat
Prithvirac Kapur – hakim Raqunat
Nərgiz – Rita
Leyla Çetnis – Leyla Raqunat
K. N. Sinqh – Caqqa


Tarix: 21.02.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Filimler
loading...