beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diksinmə (film, 2004)

Diksinmə (ing. Creep) 2004-cü ildə rejissor Kristofer Smit tərəfindən ekranlaşdırılan qorxu filmidir.



Məzmun

Keyt (Franka Potente) şən, əylənməyi sevən bir qadındır. Bir gün gec bitən qonaqlıdan sonra yorğun halda London metro stansiyalarından birinə daxil olur və orada sonuncu qatarı gözlərkən yuxuya gedir. Ayılanda görür ki, sonuncu qatar da yola düşüb və metronun qapıları isə artıq bağlanıb. Metrodan çıxmağa çalışan qız yeraltında yaşayan qorxunc bir manyakın tələsinə düşür. Bundan sonra təhlükəli və tükürpədici siçan pişik oyunu başlayır. Keyt həmçinin yeraltında dəhşətli hadisələrin şahidi olur. Maraqlısı bundadır ki, bu manyak evsiz insanları işgəncə ilə öldürəndən sonra qurbanının əti ilə yeraltında saxladığı siçanları doyurur. İndi bircə yol qalır ya ölməli, ya da öldürməli..

Rollarda
Franka Potente
Ken Kempbel
Şon Harris
Vas Blakvud


Tarix: 21.02.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Filimler