Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

Məzmun
Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.
Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir...

Festivallar və mükafatlar
1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı
Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir.

Film haqqında
Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır.
Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir.
Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Nazim Hikmət
Ssenari müəllifi : Leonid Aqranoviç
Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos
Quruluşçu operator : Rasim İsmayılov
Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov
Bəstəkar : Fikrət Əmirov
Səs operatoru : İqor Popov
Rejissor assistenti : Əşrəf Mamayev, Mirzəbala Məlikov, Ramiz Əliyev(R. Əliyev kimi)
Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev
Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva
Qrim edən : Telman Yunusov
Montaj edən : A. Filimonova
Məsləhətçi : Ə. Babayev (filoloji elmlər namizədi)
Redaktor : Nataliya Şneyer
Filmin direktoru : S. Bəyazov
Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri
Dirijor : Nazim Rzayev (II)

Rollarda
Vladimir Koval-Əhməd
Oleq Xabalov-İsmayıl
Nelli Zinovyeva-Annuşka
Murad Məlikov-Kərim
Kseniya Minina-Marusya
M. Qasımbəyov-Si Ya-u
Ağasadıq Gəraybəyli-Şükrü bəy
Bəşir Səfəroğlu-Ziya
Valentin Qrudinin-Qolçomaq
Abbas Rzayev
Məleykə Ağazadə-Şükrü bəyin arvadı
Yusif Yulduz-Naməlum adam
Abşeron Adıgözəlov
Jenya Aleksandrov
Eldəniz Zeynalov-M. Sübhi
Əliheydər Həsənzadə-Türk qəzet alan

Filmi səsləndirənlər
Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur)
Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur)
Sadıq Hüseynov (titrlərdə yoxdur)
Yusif Vəliyev-Kəndli (titrlərdə yoxdur)
Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur)
Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur)
Əzizağa Qasımov (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Filimler
loading...