Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dantenin yubileyi (film, 1978)

Məzmun
Bu, sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etirafdır. Film qocaman teatr aktyoru barəsində söhbət açır. Kəbirlinski(Həsənağa Turabov) epizod aktyorudur. İstedadı olmasa da teatra qəlbən bağlı adamdır. Həmkarları daim onunla zarafatlaşır, bəzən də sataşırlar. Nəhayət aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır.

Film haqqında
Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Film hər iki rejissorun Anarın və Gülbəniz Əzimzadənin tammetrajlı kinoda ilk işidir.
Kinolent Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmdə yaratdığı Kəbirlinski obrazı aktyor Həsənağa Turabovun kinoda ən uğurlu rollarından biridir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Gülbəniz Əzimzadə, Anar
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Nataliya Nuriyeva
Rejissor : Rafiq Dadaşov
Montaj edən : Tahirə Babayeva
Qrim rəssamı : Elbrus Vahidov
İşıq Ustası : V. Ağacanov
Rejissor assistenti : Yusif Əlizadə, Yusif Şeyxov
Operator assistenti : Nemət Rzayev, Aydın Mustafayev
Rəssam assistenti : E. Muradova, Afət Məmmədova
Redaktor : Nadejda İsmayılova
Mahnıların Mətni : Aleksandr Blok
Çalır : "Melodiya" İnstrumental Ansamblı və Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Filmin direktoru : Rimma Abdullayeva

Rollarda
Həsənağa Turabov- Feyzulla Kəbirlinski
Zərnigar Ağakişiyeva- Xədicə
Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi)- Eldar
Alagöz Salahova- Sevil
Oqtay Mirqasımov- Yalçın
Rəfael Dadaşov- Cavad Cabbarov
Elçin Məmmədov- Səyavuş
Mübariz Əlixanoğlu-Məcid
Hacı İsmayılov-Əlikram
Zemfira Sadıqova- Anaxanım
Məmmədrza Şeyxzamanov-Aristokes
Leyla Şıxlinskaya-Yaqut xanım
Bəxtiyar Xanızadə- Aydın
Cahangir Aslanoğlu-Tamaşaçı
K. Aslanov
Elxan Ağahüseynoğlu-Film səsləndirən aktyor
Daşqın Turabov-Qaçan uşaq
R. Hüseynov
M. Dadaşova
Cavan Zeynallı-Müğənni
S. Süleymanova-Aktrisa
Anar-Tamaşaçı
Elçin-Tamaşaçı
Həsən Əbluc-Tamaşaçı
Emin Sabitoğlu-Tamaşaçı
Eldar Quliyev-Tamaşaçı
Toğrul Nərimanbəyov-Tamaşaçı
Kazım Abdullayev-Rəqs edən
Şəmsi Şəmsizadə-Səs Rejissoru
Ofeliya Sənani-Film səsləndirən aktrisa


Tarix: 13.02.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 329 Bölmə: Filimler
loading...