beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarımçıq qalmış mahnı (film, 1979)

Məzmun
Kinolent özfəaliyyət vokal-instrumental ansamblı, onun Krım və Qara dəniz sahillərinə uğurlu qastrol səfərləri haqqında danışır. Ansamblın solisti Mikayıl Məmmədbəyli (Fərhad Yusifov) Moskvada Böyük Teatrda təcrübə keçmək üçün dəvətnamə alır. Lakin yaradıcılıq əməkdaşlığına sadiq qalaraq bu dəvətdən istifadə etmir.

Film haqqında
Filmdə Müslüm Maqomayevin "Vesenniy Kray", "Prisnivshayasya Pesenka", "Yesli v Mire Yest Lyubov", "Mı dlya Pesni Rojdenı", "Moya Lyubov" mahnıları səslənir.
Filmdəki bütün mahnıları Müslüm Maqomayev ifa edir. Burada eyni zamanda gənc və istedadlı müğənninin yaradıcılıq yolunun başlanğıcından söhbət gedir.
Film yazıçı Maqsud İbrahimbəyovun "Baritonla Orkestr üçün Konsert" povesti əsasında ekranlaşdırılmışdır.
Film aktrisa Nataliya Tağıyevanın kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu rejissor : Maqsud İbrahimbəyov
Quruluşçu Operatorlar : Valeri Kərimov, Vladimir Dmitriyevski
Bəstəkar : Müslüm Maqomayev
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Səs operatoru : Kamal Seyidov
Rejissor : Rafiq Dadaşov
Geyim üzrə Rəssam : Mahmud Aslanov
Qrim edən : L. Kuznetsova
Montajçılar : Tamara Nərimanbəyova, Nelli Mahmudova
Operatorlar : Rəşid Nağıyev, Vaqif Muradov
Rejissor Assistentləri : Yusif Əlizadə(Yusif Əliyev kimi), Yusif Şeyxov
Operator Assistentləri : R. Səfərəliyev, R. Umudov
Rəssam assistenti : E. Muradova
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Redaktor : Nadejda İsmayılova
Musiqi redaktoru : Rauf Əliyev(R. Əliyev kimi)
Çalır : Mərkəzi Televiziyanın Ümumittifaq Radiosunun Estrada-Simfonik Orkestri
Dirijor : A. Mixaylov
Mahnı İfa edənlər : Müslüm Maqomayev, "Samotsvetı" Vokal Ansamblı, "Qaya" Vokal Kvarteti
Musiqilərindən istifadə edilən bəstəkarlar : Domeniko Modunyo, T. Babayev, Polad Bülbüloğlu, B. Çezare
Filmin direktoru : Aydın Dadaşov, Semyon Qaragedov

Rollarda

Müslüm Maqomayev-Artist
Fərhad Yusifov-Mikayıl
Svetlana Toma-Məryəm
Nataliya Tağıyeva(Nailə Bağırova kimi)-Xədicə
Vladimir Tatosov-Tağıyev
Rəfael Dadaşov-Adil
Elçin Məmmədov-Seymur
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Musiqiçi
İdris Zeynalov-Musiqiçi
Mayak Kərimov-Musiqiçi
Aleksandr Nisanov-Musiqiçi
Anatoli Falkoviç-Nikolay
Məlik Dadaşov-Filarmoniyanın direktoru
Aleksandr Şarovski-Ofisiant
Muxtar Maniyev-Xədicənin qardaşı
Hacımurad Yegizarov(Murad Yegizarov kimi)-Kapitan
Rafiq Əliyev (II)-Kontor müdiri
Yuri Mnatsakanov(Y. Mnatsakanov kimi)
A. Kərimov
Aleksandr Kşinovloqer
Cahangir Aslanoğlu-Küçədəki adam (titrlərdə yoxdur)
Yusif Əlizadə-Zavod işçisi (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Filimler