Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çarvadarların izi ilə (film, 1974)

Məzmun
Filmin qəhrəmanları ulu babalarının açdıqları çığırlarla, saldıqları izlərlə gedərək yollar çəkən xeyirxah peşə sahibləri-inşaatçılardır. Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin sınağından məharətlə çıxan, uzaq-uzaq əsrlərdən xəbər verən zəngin tarixi abidələrimizi üzə çıxarmaq, onları qorumaq, mühafizə etməkdir.

Film haqqında
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Kinopovest dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin motivləri üzrə çəkilmişdir.
Lahıcda maşın yolu olmadığı üçün minik vasitəsi olaraq atdan istifadə olunur. Atı idarə edənlərə də çarvadar deyilir. Filmin adı da elə buradan gəlib.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : İlyas Əfəndiyev
Ssenari müəllifi : Əli Qafarov
Quruluşçu rejissor : Tofiq İsmayılov
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Nazim Əliverdibəyov
Səs operatoru : Əsəd Əsədov

Rollarda
Şəfiqə Məmmədova-Səriyyə
Muxtar Maniyev-Həsən
Həsənağa Turabov-Adil
Məmmədrza Şeyxzamanov-Əli kişi
Leyla Bədirbəyli-Məfruzə
Sadıq Hüseynov-Mahmud kişi
Səməndər Rzayev-Səməndər
Əbdül Mahmudov-Qərib
Sədaqət Dadaşova-Əminə
Vəfa İsmayılova-Mələknisə


Tarix: 12.02.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Filimler
loading...