beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürəyya (film, 1987)

Məzmun
İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı(Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli(Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır...
Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır.

Film haqqında
Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Film aktrisa Naibə Allahverdiyevanın kinoda ilk işidir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Əkrəm Əylisli
Quruluşçu rejissor : Tofiq İsmayılov
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Vladimir Savin
Mahnıların Mətni : Fikrət Qoca
Rejissor : Yusif Əlizadə

Rollarda
Məlahət Abbasova-Sürəyya
Ülvi Məmmədov-Əli
Yaşar Nuri-Musa
Pyotr Qlebov-Kolya dayı
Tofiq Mirzəyev-Məmməd
Hacı İsmayılov-Qeysər
Elmira Şabanova-Bəyaz xala
Rza Xudiyev-Seyfəddin
Emil Paşayev-Ququş
Muxtar Avşarov-Kənd sakini
Gündüz Abbasov-Gündüz
Dadaş Kazımov-Kənd sakini
Sofa Bəsirzadə-Kənd sakini
Muxtar Maniyev
Səidə Quliyeva-Müəllimə
Tariyel Qasımov
Naibə Allahverdiyeva


Tarix: 16.02.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Filimler