Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güllələnmə təxirə salınır!... (film, 2003)

Məzmun
Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər...
1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar...
Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır.

Film haqqında
Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Filmdəki hadisələr real faktlara əsaslanır.
Film rejissor Ələkbər Muradovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Filmin titrləri: "Həyat onları özgə cür yaşamağa və inanmağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər."

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifi : İsi Məlikzadə, Ələkbər Muradov
Quruluşçu rejissor : Ələkbər Muradov
Quruluşçu operator : Rafiq Əliyev (III)
Quruluşçu rəssam : Fikrət Bağırov
Bəstəkar : Xəyyam Mirzəzadə
Prodüser : Rəfael Ulusoy, Zahidə İsmayılzadə, Ələkbər Muradov
Səs operatoru : Əsəd Əsədov
Musiqi redaktoru : Rauf Əliyev(Rafiq Əliyev kimi)
Montaj edən : Xuraman Pişiyari, Gülarə İsmayılova
Qrim rəssamı : Telman Yunusov, Firuzə İsmayılova(Firuzə Vahidova kimi)
Rejissor Qrupu : Adil İsmayılov, Murad Muradov, Xuraman Abbasova, Akif Rüstəmov, Süleyman Əhmədov, Rafiq Orucov
Operator : Sərvər Rəşidoğlu
Operator Qrupu : Y. Quliyev, S. Kərimov, Z. Niftullayev
Dekor rəssamı : Əziz Məmmədov
Quraşdırılmış səhnələrin operatoru : Vladimir Zbaraşenko
Rəng Ustası : Nataliya Çudnovets, Lyudmila Zus
İşıq Ustası : Rüstəm Rüstəmov, Əbdülnəsir Kutiyev
Xüsusi Səs Effektləri : Zilli Namazov, Əliqulu Səmədov, Həmid Rəsulov
Pirotexnik : Əlibala Məmmədov (Ələkbər Məmmədov kimi)
İnzibatçı : Faiq Qasımov (III), Fərhad Muradov
İcraçı prodüser : Ağabala Əliyev, Ədalət Yunusov, Azər Quliyev
Redaktor : Vaqif Əlixanlı
Bədii Rəhbər : Eldar Quliyev

Rollarda
Fuad Poladov-Xan
Nəsibə Zeynalova-Xanbacı
Məlik Dadaşov-Müstəntiq
Suğra Bağırzadə-Nərgiz
Zilli Namazov-"Balaban" Həsən
Ayşad Məmmədov-"Yetim" Paşa
Qurban İsmayılov-Kamil
İbrahim Əliyev-"Eynəkli"
Cahangir Novruzov-"Gəncəli Adış"
Eldar Bağırbəyov-"Krasavçik"
Murad Muradov-Xanın uşaqlığı
Mirvari Novruzova-Xanın anası
Kübra Əliyeva-Sonya
Məmmədkamal Kazımov-Fiş
Laləzar Mustafayeva-Laləzar
Rahib Əliyev-Dəmir
Vüqar Quliyev-Cavan oğlan
Kahin Bünyadov-Un zavodunun direktoru
Tələt Rəhmanov-Doktor Ağakərim
Muxtar Avşarov-Sahə müvəkkili
Ömür Nağıyev-Kisəçi
Süleyman Əhmədov-Toyuqsatan
Marina Litvinenko-Katibə
Hacımurad Yegizarov-Xilə sakini
F. Feyzullayev
Zemfira Əliyeva-Kamilin anası
F. Qasımov
Səhiyəddin Həsənov(S. Həsənov kimi)
A. Əliyev
H. Əliyev
Ə. Əliyev
Tərlan Babayev (II)(T. Babayev kimi)
S. Əliyeva
N. Əliyeva
A. Abbasov
A. Əsgərov
Yaşar Quliyev-Müstəntiqin uşaqlığı
L. Quseva
T. Əliyev

Filmi səsləndirənlər
Ağaxan Salmanov-"Yetim Paşa" (Ayşad Məmmədov) (titrlərdə yoxdur)
Ramiz Məmmədov-Toyuqsatan (Süleyman Əhmədov) (titrlərdə yoxdur)
Qorxmaz Əlili-Xanbacı (Nəsibə Zeynalova) (titrlərdə yoxdur)
Məbud Məhərrəmov-Fiş (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur)
İlham Namiq Kamal-"Krasavçik" (Eldar Bağırbəyov) və Sahə müvəkkili (Muxtar Avşarov) (titrlərdə yoxdur)
Hacı İsmayılov-Un zavodunun direktoru (Kahin Bünyadov) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-"Eynəkli" (İbrahim Əliyev) (titrlərdə yoxdur)
Sabir Məmmədov-"Gəncəli Adış" (Cahangir Novruzov) (titrlərdə yoxdur)
Rafiq Əliyev (II)-Müstəntiq (Məlik Dadaşov) (titrlərdə yoxdur)
Bəxtiyar Şərifzadə-Radiodakı diktorun səsi (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Xanın anası (Mirvari Novruzova) (titrlərdə yoxdur)
Yaşar Nuri-Doktor Ağakərim (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
Ələsgər Məmmədoğlu-Kisəçi (Ömür Nağıyev) (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Filimler
loading...