Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlənmək istəyirəm (film, 1983)

Məzmun
Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır.
Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar.

Film haqqında
Film rejissor Cahangir Mehdiyevin böyük kinoda ilk işdir.
Film yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında lentə alınmışdır.
Film aktyor Əliağa Ağayevin kinoda son işidir.
Film yüksək kateqoriyaya layiq görülüb.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Əbdürrəhim bəy Haqverdiyev
Mahnıların Mətni : Ramiz Rövşən
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və Azərbaycan Televiziyası və Radiosu Xalq Çalğı Alətləri Orkestri
Dirijor : Nadir Əzimov
Ssenari müəllifi : İsi Məlikzadə, Sabir Əhmədov
Quruluşçu rejissor : Cahangir Mehdiyev
Quruluşçu operator : Aleksandr Kovalçuk
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Cahangir Cahangirov
Səs operatoru : Kamal Seyidov
Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi), Ayaz Salayev
Rejissor : Əşrəf Mamayev
Operator : Rövşən Quliyev
Montaj edən : Lyudmila Lotina, Nataliya Albitskaya
Qrim rəssamı : A. Rzazadə
Geyim rəssamı : Tatyana Əmirova
Rejissor assistenti : Y. Əhmədov, N. Əsgərov, Səadət Məmmədova(S. Məmmədova kimi)
Operator assistenti : Sərvər Rəşidoğlu(S. Quliyev kimi)
Rəssam assistenti : T. Hüseynov, E. Aqaronova
Dekor rəssamı : Fikrət Ələkbərov
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Filmin direktoru : Aydın İmrani
Mahnı İfa edən : Gülağa Məmmədov

Rollarda
Şamil Süleymanov-Şamil
Kamil Məhərrəmov-Hüseyn
Səməndər Rzayev-Həsən ağa
Həsən Məmmədov-Mirzə Səfər
Əliağa Ağayev-Kərbəlayi Zal
Səyavuş Aslan-Hacı Kəmyab
Ruhsanə Topçuyeva(Rossana Topçuyeva kimi)-Gülsüm
Vəliəhd Vəliyev-Əhməd bəy
Fərhad İsrafilov-Mahmud bəy
Əfrasiyab Məmmədov-Molla Əbdüləzim
Alim Səlimov-Feyzulla
Rizvan Həsənov-Nuru
M. Abdullayev
Tanilə Əhmərova
Bahadur Əliyev-Bəy
Nazim Əsgərov-Tütək çalan
Nadir İbrahimov (III)
Mayak Kərimov-Mətbuat işçisi
Rauf Gözəlov-Bəy
Nuriyyə Əhmədova-Qulluqçu
Ağarəfi Rəhimov-Rəis
Mustafa Süleymanov-Molla
Məmməd Sadıqov-Həsən əmi
Məcnun Hacıbəyov
Əliqulu Səmədov-Musiqiçi
Tələt Rəhmanov-Erməni xozeyin
Sadıq Hüseynov-Kəndli
Zemfira Sadıqova-Gülsümün anası
Arif Qasımov-Paşa
Gündüz Abbasov-Dəllək
Zirəddin Tağıyev(titrlərdə yoxdur)

Filmi səsləndirən
Yaşar Nuri-Şamil (Şamil Süleymanov) (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 385 Bölmə: Filimler
loading...