beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlaqə (film, 1989)

Məzmun
"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar.
Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur. Amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır.

Film haqqında
Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır.
Filmdə xronikal kadrlardan istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Cahangir Zeynallı
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Kamran Zeynallı
Bəstəkar : Firəngiz Əlizadə
Səs operatoru : Akif Nuriyev
Rejissor : Adil İsmayılov
Operator : Tərlan Babayev
Montaj edən : Esmira İsmayılova
Geyim rəssamı : Tamilla Dağıstanlı
Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova
Quraşdırılmış səhnələrin operatoru : B. Travkin
Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı
Rejissor assistenti : F. Hüseynov
Montaj üzrə assistent : Tamilla Muxtarova
Assistent : F. Qaryağdı
İnzibatçı : M. Səfərov
Səs Operatoru-Stajçı : T. Babayev (II)
İşıq Tənzimçisi : Əminə Cəfərova
İşıq Ustası : Tahir Bağırov(T. Bağırov kimi)
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : Konstantin Krimets
Redaktor : Əhmədağa Qurbanov
Filmin direktoru : Əli Məmmədov (III)

Rollarda
İlqar Həsənov-Tələbə
Rafiq Əliyev (II)-Psixiatr
Aliyə Əliyeva
Fikrət Məmmədov-Dazbaş
T. Babayeva
R. Axundova
Q. Süleymanov
Niyazi Bədəlov-Qoca

Filmi səsləndirənlər
Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev (II)) (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Filimler