Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakılılar (film, 1938)

Məzmun
Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Filmin süjet xətti fəhlə Cəfərin(Rza Əfqanlı) taleyi və onun tədriclə bolşeviklər sırasına keçməsi üzərində qurulmuşdur. Bu filmdə müəlliflərin əsas məqsədi müxtəlif xalqların beynəlmiləl həmrəyliyini təbliğ etməkdən ibarət olmuşdur.

Film haqqında
Film aktyor Rza Əfqanlının kinoda ilk işidir.
Film epizodik rolları ilə məşhur olan aktrisa Törəxanım Zeynalovanın kinoda ilk işidir.
Film Azərbaycan kinomatoqrafiyasında çəkilmiş ilk səsli filmdir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Quruluşçu rejissor : Viktor Turin
Ssenari müəllifi : Vsevolod Pavlovski, Viktor Turin
Quruluşçu operator : Leonid Kosmatov, Dmitri Feldman
Operator : Əlisəttar Atakişiyev, Mirzə Mustafayev
Quruluşçu rəssam : Viktor Aden
Bəstəkar : Nikolay Kryukov
Səs operatoru : İlya Ozerski, P. Pavlov, Ağahüseyn Kərimov
Rejissor assistenti : A. Ponomaryov, Əlisəttar Məlikov, Lətif Səfərov
Rejissor Köməkçisi : Məmməd Əlili, İsmayıl Xananyev
Montaj edən : N. Dolinski, A. Strijova
Azərbaycan Dilinə Dublyajın Quruluşçu Rejissoru : Hüseyn Seyidzadə
Azərbaycan Dilinə Dublyajın Rejissoru : Niyazi Bədəlov
Azərbaycan Dilinə Dublyajın Səs Operatoru : İlya Ozerski

Rollarda
Rza Əfqanlı-Cəfər
Nikolay Şulgin-Feldşer Mixaylov
Boris Baykov-Çilingər Zaxarıç
Vaso Qodziaşvili-Bolşevik Vaso
Lena Kutıryeva-Lida
Əlisəttar Məlikov-Cəfərin dostu
Ş. Babayev-Cəfərin dostu
Andrey Kostriçkin-Jandarm rotmistri
K. Dobjinski-Usta
Mustafa Mərdanov-Menşevik
V. Otradinski-Menşevik
Mirmahmud Kazımovski
Bülbül-Mahnı ifa edən
Zülfü Adıgözəlov-Mahnı ifa edən
Qurban Pirimov-Tarda çalan
Törəxanım Zeynalova-Ara həkimi

Filmi səsləndirənlər
Rza Əfqanlı
Mustafa Mərdanov
Məcid Şamxalov
Ağasadıq Gəraybəyli
Əli Qurbanov


Tarix: 10.02.2013 / 18:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Filimler
loading...