Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dörd bazar günü (film, 1975)

Məzmun
II Dünya müharibəsinin odlu-alovlu illərində Belorusiya meşələrində partizan dəstəsində vuruşmuş dostlar hazırda ölkəmizin müxtəlif guşələrində çalışır. Hərənin də öz taleyi, öz sevinci və kədəri var. Amma onlar bir-birilərini unutmur, axtarıb tapırlar.
...Bədir Feyzulla oğlu(Ələddin Abbasov) keçmiş cəbhə dostu, hazırda Maqnitoqorsk metallurgiya kombinatında işləyən Pavel Çipurinə(Yuri Sidorov) məktub yazmaq üçün dostlarını axtarmağa başlayır. O. dörd bazar gününün hərəsini bir dostunu axtarmağa sərf edir.

Film haqqında
Film aktyor Yaşar Nurinin kinoda ilk işidir.
Film aktrisa Şükufə Yusifovanın kinoda ilk işdir.
Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı povesti əsasında ekranlaşdrılmışıdr.
Yazıçının bu mövzuya müraciət etməsi təsadüfi deyil. O, özü də müharibə veteranıdır. Həmin mövzu onun bütün yaradıcılığından qırmızı bir xətt kimi keçir.
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmin birinci seriyası 1974-cü ildə istehsal edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Hüseyn Abbaszadə, Şamil Mahmudbəyov, Fərman Kərimzadə
Quruluşçu rejissor : Şamil Mahmudbəyov
Quruluşçu operator : Rasim İsmayılov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Ağahüseyn Kərimov
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Operator : Yuri Varnovski
Filmin direktoru : Tələt Rəhmanov

Rollarda
Həsənağa Turabov-Nicat
Ələddin Abbasov-Bədir
Tofiq Mirzəyev-Cəlal
Yaşar Nuri-Seyran
Yuri Sidorov-Pavel Çipurin
Telman Adıgözəlov-Murad
Hüseynağa Sadıqov-Əsəd
Sofa Bəsirzadə-Cəmilə
Süsən Məcidova-Bilqeyis
Şükufə Yusifova-Bədirin qızı
Xalidə Quliyeva(Xalidə Qasımova kimi)-Sona
A. Tağıyev-Bədir (uşaq)
R. Cəfərov-Cəlal (uşaq)
S. İsmayılov-Nicat (uşaq)
Zemfira Sadıqova-Sevda
Ənvər Həsənov-Kamil
Şahmar Ələkbərov
Ağahüseyn Cavadov
Muxtar Maniyev
Tələt Rəhmanov
Sadıq Həsənzadə
Əliabbas Qədirov
Eldəniz Zeynalov
Əbdül Mahmudov


Tarix: 13.02.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Filimler
loading...