beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bülbül (film, 1968)

Məzmun
Film xalqımızın sevimli sənətkarı, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli opera müğənnisi, xanəndə, musiqi folkloru tədqiqatçısı Bülbül Məmmədovun anadan olmasının 70 illiyinə həsr edilmişdir.
Film bizi müğənninin uşaqlıq illəri, onun boya-başa çatdığı musiqiçilər vətəni Şuşa şəhəri ilə tanış edir. Kadrlar bir-birini əvəz edir. Budur, Bülbül Azərbaycan Dövlət Konservatoriyasının tələbəsidir... Avropa vokal mədəniyyətinin mərkəzi Milan şəhəri... Sevdiyi sənətin sirlərinə dərindən yiyələnən Bülbül burada təhsil alır...
Kadrlar böyük sənətkarın həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini göz önündə canlandırır.
Film iki hissədən ibarətdir. 2-ci hissə Bülbülün səhnə fəaliyyətindən danışır. Burada şair Süleyman Rüstəm, bəstəkar Qara Qarayev, müğənni S. Kozlovski görkəmli müğənni Bülbül haqqında xatirələrini söyləyirlər.

Film haqqında
Filmdə arxiv materiallarından-şəkil və kino sənədlərindən istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Musa Bağırov
Ssenari müəllifi : Kərim Kərimov
Operator : Əlibala Ələkbərov
Səs operatoru : Şamil Kərimov


Tarix: 12.02.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Filimler