beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IV Murad

Sultan IV Murad (1623-1640)

I Əhmədin oğludur. 1612-ci ildə İstanbulda anadan olub. Hələ on bir yaşında ikən 10 sentyabr 1623-cü ildə Osmanlı taxtına çıxdı.

IV Murad hökmdarlığının ilk illərində itirilən torpaqları geri almaq istədi. 1634-cü ilin baharında Lehistan səfərinə çıxdı və Lehistan dərhal Sultanın şərtlərini qəbul edərək bir müqavilə bağlamağa müvəffəq oldular. 1635-ci ildə İran səfərinə çıxan Sultan, Rəvan və Hoy qalalarını aldıqdan sonra, Təbrizə girdi. Növbəti il ən böyük arzusu olan Bağdadın fəthi üçün təkrar İran üzərinə səfərə çıxdı. Şəhər əhatə edilərkən, Sultana İmamı əzəmin türbəsini ziyarət etmək təklif edildikdə; "Bağdad, pozğunların murdar ayaqlarıyla çirklənərkən, gedib o uca imamı ziyarətdən həya edərəm" cavabını verdi. Şiddətlə cərəyan edən vuruşmalar sonunda müharibənin 39-cu günü Bağdad fəth edildi. Müsəlmanların ən mübarək mövqelərindən olan İmamı əzəminn türbəsini ziyarət edən Sultan, qurbanlar kəsdirib, içərisini ipək xalçalar, qiymətli şallar və qızıl, gümüş şamlarla bəzətdirdi. Növbəti il İranla Sıxarı Şirin andlaşması imzalanmış və bu andlaşma kiçik dəyişikliklərlə günümüzə qədər davam etmişdir.

Sultan IV Murad, İran səfərinin üzərindən çox keçmədən daha əvvəl tutmuş olduğu Damla xəstəliyindən xilas ola bilməyərək 8-9 fevral 1640-cı ildə, 28 yaşında ikən vəfat etdi.


Tarix: 03.03.2013 / 16:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Dunya ve tarixi