beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUANIN ŞƏRTLƏRİ

Duanın Allah qatında qəbul edilməsi üçün yerinə yetirilməsi vacib olan şərtlər vardır. Bu şərtlərdən bəziləri aşağıdakılardır:



1) Dua edən kimsənin duasına sadəcə Allahın cavab verməyə qadir olduğunu bilməsi lazımdır.

Belə ki, Allahdan başqa kimsə fayda verə bilməz və Allahdan başqa kimsə pisliyi dəf edə bilməz. Allah Təala belə buyurur: ?(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?? (Nəml, 62)

Bax, bu ayədə izah olunan tövhid elmi və etiqadi tövhiddir, yəni Rübubiyyət (Allahın hər şeyin Rəbbi olduğu və Ondan başqa Rəb olmadığına etiqad etməkdir) tövhididir.



2) İnsanın sadəcə Allahdan istəməsi, sadəcə Allaha sığınıb Ondan yardım diləməsi lazımdır

İnsanın Allahdan başqasından bir şey istəməsi və ya Allahdan başqa birinə dua etməsi haramdır. Çünki bu Allaha şərik qoşmaqdır. Allah Təala belə buyurur: ?Allahdan başqa heç kəsə ibadət (dua) etməyin!? (Cin, 18)

Rəsulallah (s.ə.s) İbn Abbas(r.a)-a belə buyurdu: ?Bir şeyi istədiyin vaxt Allahdan istə, yardım dilədiyin vaxt yenə Allahdan dilə? (Tirmizi, 2635)

Bu ayə və hədisdə anladılan, tövhid isə əməli tövhiddir, yəni Uluhiyyət (Allahın həqiqi ilah olduğuna, Ondan qeyri həqiqi ilah olmaduğuna qəti etiqad etmək və ibadətlərlə Onu birləməkdir) tövhiddir.



3- Məşru olan təvəssül yollarından biri ilə təvəssül etməsi lazımdır

Məşru (şəriət ilə icazəli) təvəssülün növləri üçdür:

a- Allah Təalanın isimlərindən və ya sifətlərindən biri ilə təvəssül etmək. ?Ey Allahım! Tək ilah sənsən, səndən başqa ilah yoxdur, Rəhmansan, Rəhimsən, səndən mənə rəhmət etməni və məni bağışlamanı istəyirəm? deməsi kimi. Yaxud ?Ey Rəhman! Mənə rəhmət et? deməsi kimi.

Bu növ təvəssülün dəlili Allah Təalanın bu buyuruğudur: ?Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!? (Əraf, 180)

b- Saleh əməllərlə Allaha təvəssül etmək. Mağara dostlarının hekayəsinin mətni, bu növ təvəssüllərdəndir. Onlardan hər biri etmiş olduğu saleh bir əməllə Allaha təvəssül etmişdi və Allah dualarına cavab vermişdi. (Buxari, 3279)

c- Həyatda olan salehbir kimsənin duası ilə Allaha təvəssül etmək. (Buxari, 964)



4- Duanın Allah qatında məqbul olması üçün günahdan uzaq və qohumluq əlaqələrinin kəsici olmayan, xeyir duası olması lazımdır.

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Günaha və qohumluq əlaqəsini kəsməyə dua etmədiyi müddətdə qula cavab olunur? (Tirmizi, 3603)



5- Allaha qarşı gözəl zənn bəsləmək

Bu mövzuya Əbu Hureyrə (r.a) ?nun rəvayət etdiyi, Rəsulallah (s.ə.s)-in bu hədisi dəlalət edir. Rəsulallah (s.ə.s) belə buyurdu: ?Siz qəti cavab edəcəyinə inanmadığınız halda Allaha dua edin? (Tirmizi, 3707; Hakim, 1817)



6- Qəlbin hazır olması lazımdır

Dua edən kimsənin qəlbi hazır, söylədiyini anlayan və dua etdiyi kimsənin də böyüklüyünü qavramış olması lazımdır. Qulun, Rəbbinə nə istədiyini bilərək, dilinin tələffüz etdiyini qəlbinin süzgəcindən keçirərək dua etməsi lazımdır. Qəlb, edilən duadan qafil olduğu halda şer oxunan kimi dua edilməz.

Rəsulallah (s.ə.s) belə buyurur: ?Biliniz ki, Allah, boş, qafil qəlbdən çıxan duanı qəbul etməz? (Tirmizi, 3707; Hakim, 1817)



7- Yeyəcəyin, içəcəyin və geyəcəyin halal qazancdan olması lazımdır

Allah Təala belə buyurur: ?Allah yalnız müttəqilərdən qəbul edər!? (Maidə, 27)

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Şübhəsiz Allah təmizdir və ancaq təmiz olanı qəbul edər, sonr abir adam zikr etdi ki, uzun bir səfər etmişdir. Saçı başı dağınıq, paltarları tozlu, əllərini səmaya qaldırır və ?Ya Rəbb, Ya Rəbb?-deyər. Yediyi haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmış, Allah bu kimsəyə haradan cavab verəcək? (Muslim, 1015/65)

Bax bu zikr edilən mövzular duanın qəbul olması üçün şərtdir.


Tarix: 07.05.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 886 Bölmə: Dualar