beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kino incəsənətin ən bədbəxt sahəsidir

Öz hisslərini biruzə verən insanlara baxa bilmirəm...Андрей Тарковский
Yaradıcılıqda ikiüzlülük heç də effektiv vasitə deyil.

İncəsənətin əsas məqsədi insanları mənən ölümə hazırlamaqdan ibarətdir...

Uşaqlıqda ayaqyalın gəzirdik. Yayda isə, ümumiyyətlə, ayaqqabı geyinmirdik, çünki yoxumuz idi.
Qışda mən anamın çəkmələrini geyinirdim. Nə isə, yoxsulluq – bu söz həqiqəti tam mahiyyəti ilə ifadə etmir. Kasıbçılıq!

Məncə, uşaqlığımızın sonrakı taleyimizə, həyatımıza qətiyyən təsiri yoxdur. Biz bu məsələyə lazım olandan artıq önəm veririk. Psixoanalitiklərin insan həyatını onun uşaqlığı vasitəsilə öyrənmək cəhdləri şəxsiyyətin infantilizasiya edilməsinin yollarından biridir.
Həmişə ataya ehtiyacım olub. Həyatda əldə etdiyim bütün uğurlara görə, anama borcluyam.

Əlbəttə ki, atam böyük rus şairidir. Ancaq o, heç vaxt məşhurlaşması üçün bir şey yazmadı.

Hər bir insan uşaqlıqdan tək qalmağa öyrəşməlidir. Bu tənha olmaq demək deyil.
Bu özünlə darıxmamaq deməkdir.

Dəfn mərasimlərindən dəhşətli dərəcədə qorxuram! Nənəm dəfn ediləndə də dəhşətli mənzərə idi, o öldüyünə görə yox, sadəcə, ətraf öz hisslərini biruzə verən insanlarla dolmuşdu. Mən isə öz hisslərini biruzə verən insanlara baxa bilmirəm.

Şərqşünaslıq institutuna daxil oldum, orada yarım ildən çox oxudum və dəhşət içində oranı tərk etdim. Ərəb dili mənim üçün əsl dəhşətə çevrilmişdi. Qəribə dildir. Qrammatik formalar riyazi yolla düzəlir.
Niyə məhz kinematoqrafiya institutuna daxil oldum, anlaya bilmirəm.

Komissiya məni və Şukşini qəbul etmək istəmirdi: “Vasya Şukşin Tolstoyu oxumayan qaranlıq bir şəxsiyyətdir, ümumiyyətlə, o, heç bir şey bilmir. Tarkovskini isə hər şeyi bildiyinə görə, qəbul etmirik”.

İlk dəfə kinoya yeddi yaşım olanda getmişdim. Yalnız iki kadr yadımdadır. Günəbaxanlarda partlayış və zabitin həlak olması. Dəhşətli səhnə idi. Bizim vaxtda seçim imkanı yox idi. Hər hansı bir filmə baxmaq imkanı böyük uğur sayılırdı.

Mən həqiqət haqda düşünmürəm, daha çox onu hiss etməyə çalışıram. Onunla heyvan kimi, uşaq kimi davranıram.
Rəssam üçün ideya axtarışı özü-özlüyündə təhqiredici bir şeydir.

Əgər insanın səylərindən onun gəlir əldə etmək üçün sərf olunan gücünü çıxsaq, ortada yalnız incəsənət qalacaq.

İncəsənət qeyri-milli ola bilməz. Əgər dünyada hər şey qaydasındadırsa, onun incəsənətə ehtiyacı qalmır. Belə çıxır ki, dünya yaxşı qurulmayıb deyə incəsənət mövcuddur. Yaradıcılıqda ikiüzlülük heç də effektiv vasitə deyil.
İncəsənətin əsas məqsədi insanları mənən ölümə hazırlamaqdan ibarətdir.

Aktyorda temperament yoxdursa, bu onun ölümü deməkdir. Mənim aktyordan tələbim hər bir halda, onun özü olaraq qalmasıdır. Allah eləməsin ki, o, oynamağa və hər hansısa obraz yaratmağa cəhd etsin.

Deyə bilərəm ki, kino incəsənətin ən bədbəxt sahəsidir. Onunla pulla alınan saqqız, siqaret, əşya kimi davranırlar.

“İvanın uşaqlığı” filmini uğursuz hesab edirəm. Çünki kinematoqrafiyada simvolu sevmirəm və ən əsası, bunu qəbul etmirəm. Bu film bilirsiniz, nəyə bənzəyir? Sanki pianoçu ayağını sağ pedala basıb və onu buraxmadan çalmağa davam edir. Kinonun hər məqamına böyük aksent verilib. Belə deyək, aktyor otuz iki dişini birdən göstərib, mən müəllifi – özümü nəzərdə tuturam. Ancaq iş burasındadır ki, bu film mənə çox əzizdir, bu mənim ilk müstəqil işimdir. Stenli Kubrikin “Kosmik odisseyası”, fikrimcə, elə də uğurlu deyir, qeyri-təbiidir: steril atmosfer, sanki texniki nailiyyətlərin nümayiş etdirildiyi muzeydir. Tənqidçilər ya tənqid edirlər, ya tərifləyirlər. Ancaq bunların heç biri yardım etmir. Fəqət zənnimcə, tənqidçilər müəllifin özünü dərketmə prosesinə yardımçı olmalıdırlar.

İnsan boşluq içində yaşamağı öyrənməlidir.
Höte demişkən, müdrik cavab almaq üçün müdrik sual vermək lazımdır.

Mənə elə gəlir ki, incəsənəti qavramaq qabiliyyəti insanda anadangəlmə olur və onun ruhi səviyyəsindən asılıdır.
Qoy, ümid yalan olsun, ancaq o, insana yaşamaq və gözəl şeyləri sevmək kimi imkanlar verir. Ümidsiz həyat da yoxdur.
İncəsənətin bütün sahələri öz şəxsi qanunlarına əsasən yaşayır və dünyaya gəlir.
Həyatın, əlbəttə ki, heç bir mənası yoxdur.

Mənim üçün qadının daxili aləmini təsəvvür etmək çox çətindir. Hər bir halda, düşünürəm ki, o aləm kişinin aləmi ilə bağlı olmalıdır. Tənha qadın – bu anormal haldır. Əgər bu iki dünya qovuşmursa, münasibətlərin sonu yoxdur.

Mənə elə gəlir ki, özümü kifayət qədər sevmirəm. Özünü kifayət qədər sevməyən insan isə mövcudluğunun məqsədini bilmir, fikrimcə, o, başqalarını sevmək iqtidarında da olmur. Xasiyyətcə şən insan deyiləm. İndi çox gülmək zamanı deyil. Əgər birdən gülməyə başlayıramsa, həmin dəqiqə özüm üzərində nəzarəti ələ alıram və yersiz güldüyümü anlayıram. Hamını xilas etməyin yeganə yolu özünü xilas etməkdir. Ümumi səylər heç bir nəticə vermir.

Həyatın necə başa çatdığımı bilirəmsə, o, mənim üçün bütün əhəmiyyətini itirir. Biz xoşbəxtlik üçün yaradılmamışıq, ancaq xoşbəxtlikdən daha önəmli şeylər də var.
Rusiyada heç kim, heç vaxt, heç nədə günahkar deyil. Burada hər şey bu prinsiplə həyata keçirilir.
İnsanın özü üçün qapalı sistem yaratdığını düşünməsi böyük bədbəxtlikdir. Məsələn, o, hamıdan gizli pislik edərkən, özünə zərər yetirmədiyini düşünür. Ancaq bununla özünü məhvə sürüklədiyini anlamır.
Mən sözlərə insanın istehsal etdiyi səs-küy kimi yanaşıram.
İnsan boşluq icində yaşamagı oyrənməlidir.
Musiqiçi olmadığıma görə, çox təəssüflənirəm. Planların çox olmasına baxmayaraq, heç bir nəticə yoxdur.
Zamanla hər şeyi öyrənmək olar, bir tək düşünməkdən savayı...


Tarix: 10.12.2014 / 16:01 Müəllif: Aziza Baxılıb: 221 Bölmə: Dahilerin sözleri