Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vicdan haqqında

İçimizdəki ən böyük hakimin adı vicdandır. (Naməlum)
Vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır. (Eduard Corc Bulver-Litton:İngilis yazıçısı və siyasi xadimi)
Vicdan məhkəməsi ən ali məhkəmədir. (Viktor Mari Hüqo:Fransız yazıçısı)İradənə hakim ol,lakin vicdanına əsir ol! (Aristotel:Qədim Yunan filosofu)
İnsanlar qəribədir!Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar. (Xalid Ziya Uşaqlıgil:Türk ədibi və yazıçısı)
Nə qədər ki,biz vicdanı ləkələməmişik,o,çox namuslu və müdrik hakimdir. (Onore de Balzak)
Rahat yatmaq istəyirsinizsə,yatağa təmiz vicdanla uzanın. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Vicdan minlərlə şahid deməkdir. (Mark Fabi Kvintilian:Qədim Roma natiqi)
Vicdanım hökm etməyə başlasa,mənim hökmranlığıma son qoyular. (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi)
Yalnız özünü yalan ,azğınlıq və abırsızlıq zirehinə bürümüş şəxs vicdan məhkəməsindən çəkinməz. (Maksim Qorki:Rus yazıçısı)
Vicdan məsələsində çoxluq qanunu işləmir. (Mahatma Qandi:Hindistan milli-azadlıq hərəkatının rəhbərlərindən)
Vicdanı təmiz olanlar adam arasına çıxmaqdan qorxmur,vicdanı ləkəliləri isə tənhalıq da qorxudur. (Litsi Anney Seneka:Qədim Roma filosofu)
Vicdan ədalətin ən yaxşı vəkilidir. (Mari Monteqyu:İngilis yazıçısı)
Vicdan deyilən şey birinin bizə nəzarət etdiyini xəbərdar edən bir səsdir. (Henri Luis Manken:Amerika jurnalisti və satiriki)
Vicdan əzabı insanın içində bir cəhənnəmdir. (Corc Noel Qordon Bayron:İngilis şairi)
Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir. (Onore de Balzak)
İncilərin ən qiymətlisini daxilinizdə gəzdirin!-o, vicdandır! (Uilyam Şekspir :İngilis dramaturqu və şairi)


Tarix: 10.12.2014 / 11:55 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Dahilerin sözleri
loading...