beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təkəbbür haqqında aforizmlər

Yer üzündə təkəbbürlə gəzib dolanma.Çünki sən nə yeri yarada bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən. ( Qurani Kərim )

Lovğalıq elə güclü zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir. ( Plutarx: Qədim Yunan filosofu )

Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur. ( Aristotel )

Lovğalıq tərəqqinin düşmənidir. ( Üzeyir Hacıbəyli: Azərbaycan bəstəkarı və dramaturqu )

Dünyada ən gülünc istək hamının xoşuna gəlməkdir. ( İohann Volfanq Höte: Alman mütəfəkkiri )

İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır. ( Arturo Qraf: İtalyan yazıçısı )

Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma. ( Fridrix Nitsşe: Alman filosofu )

Təkəbbür axmaqlığın ən bariz nümunəsidir. ( Samuel Şipman: Amerika yazıçısı )

Birinci addımda lovğalananlar
İkinci addımda yıxılacaqlar. ( Səməd Vurğun )

Şam başından yanar, göz yaşı tökər,
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şama diqqət et,
Məhv olur başından ayağa qədər. ( Məhsəti Gəncəvi: Azərbaycan şairəsi )


Tarix: 10.12.2014 / 12:16 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Dahilerin sözleri