beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Koko Şanelin aforizmləri

Qadında əsas paltar deyil, xoş davranış, qərarlılıq və ciddi gündəlik rejimdir.

Yaratmaq və işləmək üçün həmişə arxalanacağın dosta ehtiyacın var.

Əvəzolunmaz olmaq üçün daima seçilməlisən.

Ətir vurmayan qadının gələcəyi yoxdur.

Dünyada çoxlu şahzadələr var, Koko Şanel isə bir dənədir.

Ətir – görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.

Ətri öpdürlmək istədiyiniz yerə vurun.

Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır.

Ancaq qızılgül və ya ancaq inciçiçəyi qoxan ətirlər istəmirəm, mənə onların kombinasiyasını hazırlayın.

Dünyada bir mademuazel var – mən, bir madam var – Elena Rubinşteyn, bir miss var – o da Elizabet Ardendir.

Mən həmişə öz ehtiraslarımdan güclü olmuşam; iş mənim üçün narkotikdir. Amma kişilərin köməyi olmadan Şanel ola biləcəyimə şübhə edirəm...

Paltarın yuxarısını tikmək pyesin ilk aktını yazmaq qədər asandır. İncəsənət – onu necə bitirməyindədir.

Sevəndə hakimiyyəti hisslərimə vermişəm. Ancaq kişi və paltar arasında seçim etmək məcburiyyətində qalanda həmişə paltarı seçmişəm.

Gözəllik – silahdır! Təvazökarlıq – zəriflikdir! Zinət – elmdir!

İki başı da yanan şam, əlbəttə, otağı daha çox işıqlandıracaq, amma ondan sonrakı qaranlıq da uzun çəkəcək.

Qadın bəzənmirsə, demək özü haqda çox yüksək fikirdədir.

Hər qadın iki şeyi bilməlidir: nəyi və kimi istəyir.

İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın.

Hər qadın gözəl doğulmur, amma 30 yaşına qədər özünü gözəlləşdirə bilməyibsə, bu onun öz axmaqlığıdır.

Belə qəbul olunub ki, dəbdəbə – səfalətin əksidir. Yox, o vulqarlığın əksidir.

Elə paltar geyinin ki, rahat soyuna biləsiniz.

Paltarda qadın axtarın. Qadın yoxdursa, paltar da yoxdur.

Vaxtınızı heç vaxt qapıya çevrilməyəcək divarı döyməyə sərf etməyin.

Dəb gedir, stil qalır.

Demək bu imiş şöhrət: təklik.

Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza.

Heç vaxt sahib olmadığınız şeyə sahib olmaq istəyirsinizsə, heç vaxt etmədiyiniz şeyi etməlisiniz.

Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş.

Deyirlər ki, qadınlar digər həmcinsləri üçün geyinir, rəqabət hissi onlara güc gəlir. Bu düzdür. Amma dünyada kişilər olmasaydı, onlar belə etməzdilər.

Hər kişinin həyatında ancaq bir qadın olur – qalanları onun kölgəsidir...

Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər!

Qadınlara gözəllik ona görə lazımdır ki, kişilər onları sevsin. Axmaqlıq ona görə lazımdır ki, qadınlar kişiləri sevsin.


Tarix: 10.12.2014 / 15:17 Müəllif: Aziza Baxılıb: 253 Bölmə: Dahilerin sözleri