beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi haqqında aforizmlər

Məhəbbət keçmişi və gələcəyi tanımayan bir ehtirasdır. ( Onore de Balzak )

Sevmək başqalarının görə bilmədiyi möcüzəni görməkdir. ( Jan Morias: Yunan şairi )

Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir. ( Jorj Sand: Fransız yazıçısı )

Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi, od zərrələri isə qızıl və mirvari kimi görünür. ( Migel de Servantes:İspan yazıçısı )

Məhəbbət əbədi bir ehtiyacdır. ( Səməd Vurğun: Azərbaycan şairi )

Sevmədən evlənmək- inanmadan ibadət etmək qədər günahdır. ( Anton Pavloviç Çexov: Rus yazıçısı )

Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır. (Uilyam Şekspir)

Qəlblər silahla deyil, sevgi ilə fəth edilir. ( Benedikt Spinoza: Holland filosofu )

Sevgi nə qədər böyük olsa, kədəri də o qədər böyük olacaq. ( Benediki Spinoza )

Sevdiyini əldə edə bilməsən də, əldə etdiyini sevməyə çalış. ( Toma Kornell. ( Fransız alimi )

Sevmək əzab çəkməkdir, sevməmək isə ölmək. ( Aristotel )


Tarix: 10.12.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Dahilerin sözleri