beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənhalıq haqqında

Mən tək olan zaman fikirlərimin
Hər biri yanımda bir adam olur. ( Bəxtiyar Vahabzadə )
Yol yoldaşın sənə tay deyilsə, üstəlik, nadandırsa, onda yola tək çıxmağın yaxşıdır. ( Françesko Dürante: İtalyan bəstəkarı )
İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar. ( İsaak Nyuton )
Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır: yoxsa məhv olarsınız. ( Ernest Heminquey: Amerika yazıçısı )
Bu dünyada insanı tənhalıq hissi qədər əzən ikinci bir şey yoxdur. ( Naməlum )
Bəzən izdihamların içində belə təkbaşına qaldığımız vaxtlardan daha tənha oluruq. ( Peyami Səfa: Türk yazıçısı )
Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızdır. ( Jorj Sand: Fransız yazıçısı )
Həqiqi dostu olmamaq tənhalığın ən pisidir. ( Frensis Bekon: İngilis alimi )
Həqiqi dostunu itirən həqiqətən tənhadır. ( Bekon )
İnsanlar qorxaqların əhatəsində özlərini daha tənha hiss edirlər. ( Kamyu )
Tənhalıq təkcə Allaha yaraşır. ( Bekon )

P.S. Siçanlar üzərində aparılan eksperiment göstərib ki, qrup halında yaşayanlarla müqayisədə, tənha yaşayan canlıların süd vəzilərində bəd xassəli şişlərin yaranma riski 84 dəfə artıqdır. Qeyd edək ki, alimlər siçanların orqanizm baxımından insanlara çox yaxın olduğunu bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, daimi stress vəziyyətində olmaq da xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilir. Bu isə cəmiyyətdən təcrid olunmuş, özünə qarşı laqeydlik hiss edən insanlarda daha çox müşahidə edilir.


Tarix: 10.12.2014 / 12:30 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Dahilerin sözleri