beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərrast cavablar

İohann Volfqanq Höte
Böyük alman şairi Gete (1749-1838) demişdir: Təbiət öz hərəkətində dayanmaq nə olduğunu bilmir və buna görə də hər bir fəaliyyətsizliyi ölümlə cəzalandırır.
Gete, Veymar şəhər parkında gəzərkən onun əsərlərini tənqit etmiş bir tənqidçiyə rast gəlmişdi və yol dar olduğu üçün tənqidçi Geteyə müraciətlə demişdi: Mən hər axmağa özümdən qabaq keçməyə yol vermərəm! -Mən isə məmnuniyyətlə!- deyə Gete ona yol vermişdi.
Lendsel
İngilis dramaturqu Lendsel zəif bir səhnə əsərinin ilk tamaşasına baxarkən birinci pərdədən sonra yoldaşına deyir:
-Dur gedək, baxmağına dəyməz!
-Yaxşı deyil, özümüzə də pulsuz bilet veriblər!
Dramaturq razı olub, ikinci pərdəyə də baxmağa başlayır. Lakin davam gətirə bilmədiyindən pərdənin ortasında ayağa qalxaraq lojadan çıxmaq istədikdə yoldaşı ondan soruşur:
-Hara gedirsən?
Lendsel belə cavab verir:
-Gedirəm biletin pulunu verməyə!
Qothold Lessinq
Böyük alman yazıçısı və tənqidçisi Lessinq (1728-1781) demişdir: Yalanı sübut etmək mümkün deyil. Gərək bunun üçün yeni bir yalan quraşdırasan.
Mirzə Əli Xan Əli
Cənubi Azərbaycanın yumorist şairi Ləli (1837-1907) İran şahı Müzəffərəddinin baş həkimi idi. Şair qoca olduğu üçün bir at istəmişdi. Şahın əmri ilə ona arıq bir yabı vermişdilər. Şair "ənamı" aldıqdan bir neçə gün sonra şahın yanına gəlib deyir:
-Əmr verin, mənə bağışladığınız at rəngində bir eşşək də versinlər.
Şah ondan:
-At var, eşşək nəyinə lazımdır? - soruşur.
-Eşşəyi kəsib dərisini soyacağam ki, atın belindəki yaralara yamayım!-deyə şair cavab verir.
Liziy
Qədim Yunanıstanın məşhur natiqlərindən Liziy bir canini müdafiə etmək üçün yazdığı nitqini birinci dəfə müqəssirə oxuduqda müqəssir onu bəyənmişdi. İkinci və üçüncü dəfə oxuduqda isə müqəssir demişdi:
-Bu nitqə üçüncü dəfə qulaq asdıqda mənə elə gəldi ki, çox sönük və lüzumsuzdur.
Liziy gülərək demişdi:
-Fikir eləmə. sənin hakimlərin onu bir dəfədən artıq dinləməyəcəklər.
Stefen Likok
Yumorist yazıçı Likok Stefenin yanına birisi gəlib gülüş doğuran əsərlər yazmağın üsulunu öyrənmək istədiyini bildiri. Yazıçı ona deyir:
-Gülməli yazmaq çox asandır. Qələm, kağız və mürəkkəb hazırlayırsınız, sonra oturub başlayırsınız başınıza gələn fikirləri yazmağa.
Həmin şəxs:
-Bəli, bəli... Doğru deyirsiniz, təşəkkür edirəm!-deyərkən Likok:
-Yazmaq asandır, bütün çətinlik başınıza fikir gələ bilməsindədir! - deyir.
Avraam Linkoln
Bir ingilis diplomatı Ağ evə gələrək ABŞ prezidenti Linkolnun (1809-1865) öz çəkmələrini sildiyini görür və təəccüblə soruşur:
-Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?
-Əlbəttə, yoxsa siz başqasının çəkmələrini təmizləyirsiniz?!-deyə Linkoln cavab verir


Tarix: 10.12.2014 / 11:24 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Dahilerin sözleri