beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın haqqında

Qadın- həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. (Vissarion Qriqoryeviç Belinski:Rus tənqidçisi və filosofu)
Qadın elə bir mələkdir ki,bizi uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə təsəlli verir. (Avreli Avqustin:Qədim Roma filosofu)
Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub. (Onore de Balzak:Fransız yazıçısı)
Qadınsız ev məzar kimidir. (Onore de Balzak)
Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. (Onore de Balzak)
Qadınlar qorxanda daha təhlükəli olurlar. (Robert Berns:Şotland şairi)
Qadın hər şeyi fitrətən bilir,kişi kitablardan öyrənir. (Siddhartha Qautama Budda:Buddizm banisi)
Qadınların ən güclü silahı zəiflikdir. (İvan Alekseyeviç Bunin:Rus yazıçısı)
Qadını danışmağa məcbur etmək üçün min üsul var,ancaq onu susmağa məcbur edən üsul yoxdur. (Giyom de Buşe:Fransız yazıçısı)
Qadının hökm etdiyi yerlərdə işdən çox,istəklər vacibdir. (Esxil:Qədim Yunan dramaturqu)
Qadının ən böyük cəvahiratı onun namusudur. (Anatol Frans:Fransız yazıçısı)
Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır. (Anatol Frans)
Qısqanclıq kişidə zəiflik,qadında isə güc mənbəyidir. (Anatol Frans)
Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. (Corc Herbert:İngilis şairi)
Qadını Allah gözəl yaradır,şeytan isə onu sevdirir. (Viktor Mari Hüqo:Fransız yazıçısı)
Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir. (İncil)
Qadının həmişə üç cür yaşı olur:biri görünən yaş,digəri həqiqi yaş,üçüncüsü də onun özünə verdiyi yaş. (Alfons Karr:Fransız jurnalisti)
Mənin üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır. (14-cü Lüdovik:Fransa kralı)
Qadın öz yaşını doğum tarixindən deyil,evləndikdən sonra hesablayar. (Con Lokk:İngilis filosofu və pedaqoqu)
Qadın kobudluğu,nifrəti,ikrahı bağışlayar,lakin istehzanı heç vaxt unutmur. (Etyen Rey:Fransız yazıçısı)
Qadının ən böyük düşməni səbirsizlikdir. (Jan Pol İohan Paul Fridrix Rixter:Alman yazıçısı)
Qadın zərif şüşə kimidir.Onun möhkəmliyini yoxlamağa çalışmayın,hər an sına bilər. (Migel de Servantes:İspan yazıçısı)
Qadın ömürdən şirin və ölümdən acıdır. (Hz.Süleyman ə.s.)
Arvad seçərkən özündən biliksizini,dost seçərkən özündən biliklisini seç. (Çin atalar sözü)
Qadının çöhrəsi ərinin necə olduğunu,kişinin köynəyi isə arvadının necə olduğunu göstərir. (yuqoslav atalar sözü)
Qadının sizdən məsləhət istəməsi o demək deyil ki,sizin məsləhətinizə ehtiyacı var,o,sadəcə,özünə həmsöhbət axtarır. (Onore de Balzak)
Qadını idarə etməyi bacaran dövləti də idarə edər. (Onore de Balzak)
Qadın insan kölgəsi kimidir;qovsanız-qaçar,qaçsanız-qovar. (Nikola Sebastyan Şamfor:Fransız yazıçısı)
Qadın elə bir mövzudur ki,onu nə qədər incələsən də,hər zaman yenidir. (Lev Nikolayeviç Tolstoy:Rus yazıçısı və mütəfəkkiri)
Kişi əfv edir və unudur,qadın yalnız əfv edir. (Filip Jerfo:Fransız yazıçısı)
Qızılı od ilə,qadını qızıl ilə və kişini qadın ilə sınaqdan çıxarırlar. (Litsi Anney Seneka:Qədim Roma filosofu)
Pis qadın kişinin gec-tez düşüb boğulacağı bataqlıqdır. (Afrika atalar sözü)


Tarix: 10.12.2014 / 11:51 Müəllif: Aziza Baxılıb: 280 Bölmə: Dahilerin sözleri