beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat...

Eyni həyatın içində eyni yoxuşu çıxarkən qarşılaşmışdıq. Eyni qapıda gözləmişdik bir müddət. Sonra eyni istiqamətdə getmişdik. O zamanlar yanağında təbəssüm qəmzələr meydana çıxardı. Dodağında gül qoxulu gülüşlər. Halbuki mən, ən çox ahu gözlərində çalxalanıb düşərdim günə. Sonra alnında və ürəyində meydana çıxan izləri izləyər, divanə könlümə şahdamar yaxınlığında toxumlar əkərdim. Bir də qaranlıq gecələrdə başında gözləyərdim səndən xəbərsiz. İçimdə səslər yığılardı ölüm səssizliyində amma sənə heç söyləməzdim.

Həyat...

Sonra getdin minlərlə səbəb içində, sözlərim içimdə qaldı. Fəryadım əks-sədalandı səmada. Qaldım viranə. Baş açıq ayaqyalın gəzdim dünya küçələrini. Axtararkən izdihamlar içində itdim. Sonra sevda mənasını itirdi, içində yağış oldum torpağa düşdüm. Susuzluq yandırdı torpağın bağrını, kül etdi. İçində mən də yandım.
Sonra kiçik qiyamətlər yaşandı qarışıq saatlarda. Xəyanətlərin qurduğu məhkəmələrdə hər gün qələmim qırıldı. Hər gün minlərlə dəfə əzildim yoxluğunun ipiylə.

Həyat...

Sən getdin amma hər şey getdi sanki. Qalan hər şey keçmiş, hər yer sənsiz sahibsiz. Sən könüldən gedəndən bəri fəryad içində varlıq. Gecə qəflət yuxusunda səssiz.
İndi bu halıma bax. Geri gəlməyən günlər üçün heçə getmiş ömrümə.
Qəribə könlüm ayağı qandallı quş kimi, hərdənbir qanad çırpır indilərdə. Yüzünə həsrət, qapına kölə olacağı günlərin xəyalində varlığım. Yəni hələ yanır, yandırılır. Hicran dolu günləri yaşayır hələ.

Həyat...

Bilirəm. Güllər çoxdan soldular.
Amma mən hələ bir dəli, sahibini gözləyən. Dilimdə eyni dua, eyni qapının toxmağını çalıram. Sən də nə olar aç qapını, daha çox zillət içində buraxma. Nə olar gəl, tut əllərimdən, qaldır düşdüyüm tələlərdən, götür apar bildiyin yerlərə, iztirabımı çoxaltma. Gəl yenə nə olar, toxun ruhuma, bilməyim özümü.

Həyat...

Amma yetər ki, gəl. Xəyalın gözümdə ağarmadan, ümid ulduzlarım sönmədən gəl Ana.


Tarix: 03.12.2014 / 18:58 Müəllif: Aziza Baxılıb: 285 Bölmə: Burcler haqqinda çox şey