Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərin ən əsas xüsusiyyətləri

Qoç bürcü üçün olmazsa olmaz - mənlik və var olmaqdır.
Mars tərəfindən idarə olunan Qoç bürcü dünyaya, həyatı doyana qədər yaşamaq üçün gəlmişdir. Dolasıyla onun üçün istədiyini etmək çox əhəmiyyətlidir. Qoç bürcünün simvolu qoçdur və bu qoç zirvəyə dırmaşar, davamlı olaraq etdiyi şey də budur.
Əgər sonunda bir mükafat varsa, bu dırmaşmada qarşısına çıxacaq olan maneələrlə döyüşməsini yaxşı bilər. Gerçək həyatda da Qoç, ona qarşı çıxılmasını əsla istəməz. Hər mövzuda ön planda olmaq ən böyük məqsədidir. Peşə həyatında lider bir mövqedə olsun, pulu olmasın - bu ona yetər. Ehtirası pul qazanmaq üçün deyil, ondan danışılması üçündür. Təməl fəlsəfəsi "hər anı yaşamaq" dır. Gələcək qayğısıyla özünü yeyib bitirməz. Rahatdır, hər şeyə çatacağını düşünər.
Hərəkətsiz qalmaq, müəyyən bir təkrarlanan həyatı yaşamaq onların həyat enerjisini bitirər, çəkilməz bir insan halına gəlirlər.
İçi içinə sığmayan Qoçlar üçün hərəkətli və aktiv bir həyat "olmazsa olmazdır"...:
Olmazsa olmaz əşyaları: İdman alətləri, hərəkət filmləri şəbəkəsi



Buğa bürcünün olmazsa olmazı - kef və hüzurdur...
Kefli və dinc olduğu zamanlar həyat enerjisi yüksələr. Qarışıqlıqdan xoşlanmaz. Yeri gəldiyində dünyanın ən hərəkətli və əyləncəli insanına çevrilə bilər. Lakin məqsədi hüzuru tutmaqdır. Sakit xarakteriylə bilinən Buğaların həyatlarında musiqinin yeri də olduqca çoxdur. Buğanın idarəçisi Veneranın, bədəndə boğaz bölgəsini işarələməsi, bu bürcün insanlarının səslərinin də gözəl olmasını təmin edər.
Sakit və dinc bir həyata sahib olmaq üçün əlindən gələni edən Buğalar üçün pul, vasitə deyil məqsəddir. Maliyyə mövzusunda olduqca müvəffəqiyyətli olan Buğalar, pul qazanmaqda da çətinlik çəkməzlər. Cibləri dolu olduğu müddətcə onlardan keflisi yoxdur.
Buğalar planetlərinin təsiriylə, çox səy sərf etmədən cazibəsindən istifadə edərək insanları özünə çəkməyi çox yaxşı bacarar...
Pul qazanmaq qədər, o pulu öz zövqlərinə xərcləmək də "olmazsa olmazları" arasındadır.
Olmazsa olmaz əşyalar: Pul dolu koşeloku, ləl-cəvahiratları



Əkizlər bürcünün olmazsa olmazı - maraqlanmaq və öyrənməkdir.
Onun üçün kəşf etmək sonsuz bir okeandır. Öyrəndikcə və özünü inkişaf etdirdikcə o an sahib olduğu şeylərdən sıxılması asanlaşar. Əkizlərin simvolu Roma rəqəmiylə "II"- dır. Bu da, cüt şəxsiyyəti işarələr. İçlərində həm kişi, həm dişi enerji var. Fikirləri tez dəyişər. Həyatı təcrübələrlə öyrənməkdən yanadır. Qarşısındakı insandan nə qədər çox şey öyrənib, onu nə qədər çox kəşf edə bilirsə heyranlığı da o qədər artaraq davam edər.
Maraqlı quruluşu onu hər mövzuda məlumat sahibi edər. Telefonu, cib kompüteri, qısaca dünyayla əlaqə quracağı hər cür texnoloji alət yanındadır. Lüksdə gözü yoxdur, amma yeni çıxan texnoloji məhsulları alıb sınamaq istər. Harada olursa - olsun əlinə keçən broşura, kitab, jurnal vs. onlar üçün yeni bir məlumat qaynağıdır.
İdarəçi planeti Merkuri planetidir.
Ağıl, gerçək, ruh və bədən bir-birinə bağlıdır. Beləcə hisslərini və zəkalarını eyni dərəcədə, təsirli istifadə edə bilərlər.
Ünsiyyət və ünsiyyət vasitələri onların "olmazsa olmazlarıdır"...:
Olmazsa olmaz əşyaları: Telefonu, kompüteri



Xərçəng bürcü üçün olmazsa olmaz - ailəsi və duyğularıdır.
Ətrafındakı hər kəsi düşünər və empati (başqasının fikir və düşüncəsini anlamaq) qabiliyyəti çox inkişaf etmişdir. Həssaslığı onu tamamlayar.
Xərçənglər, kürəyindəki sərt qabığın altında yumşaq bir qarın daşıyar. Qorxduqları vaxt qabıqlarına sığınarlar. Yolunu zigzag şəkildə çəkər, əvvəl bir təhlükə varmı deyə baxar, tərəddüdlü yola davam edər.
Xərçəng bürcləri daima güvən duyğusu axtararlar. Amma yola çıxdıqları andan etibarən də hədəflərindən imtina etməz, möhkəm addımlarla irəliləyərlər.
Sıx duyğularını şeirlə və ya yazıya tökərək izah etdikləri də olur. Yazmaq, onları motivasiya edər, içlərini tökmələrini təmin edər. Yalnız öz yazdıqları ilə kifayətlənməz, başqa yerdə gördüyü gözəl sözlər də ona ilham verər. Ailəsinə, evinə, xüsusilə anasına çox düşkün olan Xərçəng ev mühitində olmaqdan xoşlanar. Ailəsi olmadan həmişə bir tərəfi əskik kimidir.
Məbədləri olaraq gördükləri evləri onların olmazsa olmazları arasında ilk sıradadır.
Olmazsa olmaz əşyaları: Kağızı, qələmi, gündəlikləri



Şir bürcünün olmazsa olmazı - müvəffəqiyyət və özünü ifadə etməkdir.
O, özünü nə qədər dəqiq ifadə etsə, o qədər həyata bağlı hiss edər. İç dünyasını konkret işlərlə ortaya qoymaq istər, sözdə bir şeylər bacarmaq deyil məqsədi.
Seçdiyi sahədə irəliləməməsi mümkün deyil. Çünki "edəcəyəm" dedisə, edər. Bunlardan başqa Şirlər ətrafındakı insanları məmnun etməkdən kef alalar, fədakarlıq onu yormaz, xoşbəxt edər. Həyat gücü çox yüksəkdir. Bu bürclər yaşlansa belə içindəki gənclik ehtirası heç bir zaman sönmür. Onlar ruhən həmişə gənc qalırlar.
Eqosuyla başı dərddə olan Şirlər , özünə baxımlarına olduqca diqqətlidirlər. Çölə çıxmazdan əvvəl saatlarla ayna qarşısında hazırlanmaları insanı hövsələdən çıxarsa da, onlar özləriylə maraqlanmaqdan çox xoşbəxtdirlər. Lüks bir həyat sürmək üçün pul qazanma ehtirasları çox inkişaf etmişdir. Onları Günəş idarə edir.
Hər şeyin gözəlini və bahalısını almağa alışmış olan Şirlər üçün pul və sonra bahalı əşyalar onların olmazsa olmazıdır.
Olmazsa olmaz əşyaları: Aynası, gigiyenik losyonları



Qız bürcü üçün olmazsa olmaz - hər şeyin qüsursuz olmasıdır.
Əlbəttə heç bir insanın mükəmməl olmasını gözləməz, lakin ona görə mükəmmələ yaxın olmaq çətin deyil. Hər vaxt, etdiyi işində ətrafındakı insanların da potensiallarının ən yüksək səviyyədə olmasını gözləyər.
Peşə əldə etmək əhəmiyyətlidir onlar üçün. Evlərində bütün gününü televiziya qarşısında keçirmək kimi xasiyyətləri yoxdur.
Mükəmməllik istəyi sağlamlıq mövzusunda da etibarlıdır. Ətraf nə qədər təmizsə, mikroblar o qədər uzaqdadır. Sağlam olmaq üçün təmizliyi şişirdə bilərlər. Hər cür mənfiliyə hazırdırlar, belə demək olarsa ilk yardım çantaları həmişə yanlarındadır.
Darıxdırıcı bir görünüşləri olsa da zarafat anlayışları inkişaf etmişdir.
Lağlağı rəftarları, tənqidi sözləri olmazsa olmazlarıdır...
Olmazsa olmaz əşyaları: Dərman şkafı, fərdi inkişaf kitabları



Tərəzi bürcünün olmazsa olmazı - uyğunlaşma və tarazlıqdır.
Həyatının hər sahəsində sakinliyi axtarar və gərginliklərdən uzaq dayanar. Ortanı tapmaq istəndiyində gözlər Tərəzini axtarar. Hadisələri hər baxımdan dartan şəxsiyyəti sayəsində dözümlülük göstərmə bacarığı inkişaf etmişdir.
Tərəzinin olduğu mühitdə hadisələr heç bir zaman alovlanmaz və sakit tərəfdən danışaraq həll edilər. Açıq fikirli olmaqdan imtina etməz, bir başqasının fikirini də mənimsəyə bilər.
Planetləri Veneranın təsiriylə gözəllik anlayışları ən yüksək səviyyədə olan Tərəzilər, hər mövzuda estetika axtararlar.
Tərəzilər ətrafını gözəlləşdirmək üçün əlindən gələni edər. Gözünə xoş gəlməyən yerdə əsla dayana bilməz. Tərəzilər. sevmək və sevilmək üçün yaradılmışdır sanki. Tək başına qalmaq ən böyük fobiyalaridir. Cazibələri onsuz da tək qalmalarını mane olar.
Bahalı ətirləri və modaya uyğun paltarları da onların olmazsa olmazıdır...
Olmazsa olmaz əşyaları: Ətirləri, şalları


Əqrəb bürcü üçün olmazsa olmaz - yaxşıyla pisi ayırd etməkdir.
Saxtalığı yox etmək və səmimiyyətsiz insanlardan uzaq dayanmaq onun üçün böyük məna daşıyar. Xəyal dünyasında yaşamaz və həqiqidir. Ehtiraslı şəxsiyyətləri paltarlarında da əks olunar. Heç bir şey edə bilmirsə belə, mütləq əlində, qolunda, boyunda maraqlı bir aksesuar vardır. Evlərində isə şamlar və böyük tablolar mütləq yer tapacaq. Əqrəb bürcünün simvolu bir M hərfidir. Əqrəblər yaddaşlarıyla fərqlənirlər. Bir haqsızlığı əsla unutmazlar. Təhlükə anında iynələrini istifadə edərlər, özünə yaxınların təhlükəsizliyi üçün həyatını fəda etməyə hazırdır. Əqrəb bürcü insanı da eyni şəkildə, ya hamı, ya heç kim məntiqini qavramışdır. Ya qarşısındakına zərər verər, ya da özünə…
İnsanların sirlərini kəşf etmək onlar üçün əyləncəli bir oyundur. Bəzən heç tanımadığı insanlara baxıb onların necə bir ev həyatı olduğu, nələr etməkdən xoşlandığı, nə iş etdiyi kimi mövzularda maraqlı olar. Özü sirrli olduğu üçün, qarşılarındakının sirrini həll etmək onları həyəcanlandırar.
Əqrəblər, var olan qaynaqları istifadə etmənin fərqli yollarını kəşf etmə qabiliyyətinə malikdir.
Hissləri və ehtirasları onların olmazsa olmazlarıdır...
Olmazsa olmaz əşyaları: Göz qələmi, qol saatı, gecə lampası


Oxatan bürcü üçün olmazsa olmaz - fərqli kəşflər və arzulardır.
O, həyatdakı hər şeyin bir nizamı olduğuna və bu nizama bağlı hərəkət edildiyinə inanar. Bir şeyləri dəyişdirmək üçün çalışıb özünü yormaz, lakin bəşəri hadisələrin əks olunmaları ilə maraqlanar.
Jüpiterin təsiriylə yeni şeylər kəşf etmək və yeni əlaqələr qurmaq onlar üçün asandır.
Böyük mütəfəkkirlər kimi arzuları və istəkləri qüvvətlidir. Jüpiter ruhun böyümə, inkişaf və təcrübə qazanma ehtiyacı ilə birlikdə insan oğlunun müvəffəqiyyət ehtiyacını təmsil edər.
Şən - şaqraq rəftarları ətrafında izdiham olmasını təmin edər. Yoldaşları, dostları onunçun bəzən ailəsindən belə əvvəl gəlir. Evdə olmaq xoşlarına getməz, davamlı gəzmə və yeni yerlər kəşf etmə dərdindədir. Bu şən bürcün şəxsiyyəti ilə əlaqədar digər bir gerçək, öz-özünə çata bilmə xüsusiyyətidir.
Oxatanlar, hərəkətləri və azadlıqları məhdudlaşdırılsa üsyan edər, bu vəziyyətə şiddətlə qarşı çıxarlar. Xarici mədəniyyətlərə olan maraq "başqa həyata" arzularına səbəb olar.
Bir gün əvvəl tanış olmuş olsa da "yaxın" yoldaşları və gəzib gördüyü hər yer onun olmazsa olmazıdır...
Olmazsa olmaz əşyaları: Gəzinti kitabları, idman ayaqqabısı


Oğlaq bürcünün olmazsa olmazı - bütün olmaq və nəzarət etməkdir.
Cəmiyyət içindəki duruşu və rəftarı dəqiqdir. Yer əldə etmək və yaxşı qazanc təmin etmək onun üçün əhəmiyyətlidir. Avtoritar quruluşu onu soyuq biri kimi göstərər, həddindən artıq idarəçi rəftarı isə təzyiqçi biri hesab edilməsinə səbəb ola bilər. Lakin o, hər şeyi daha yaxşı həyat standartına sahib olmaq üçün edər. Ətrafında inkişaf edən hadisələrə laqeyd qala bilməz. Özü kimi əzmli insanlarla xoşbəxt olar. Köhnələr, Oğlaq bürcünü, dağa dırmaşan və insanlığa müdriklik paylayan bir oğlaq olaraq təsvir etmişlər. Ayrıca bir başqa xüsusiyyəti isə, torpaq səmərəsizləşdiyində və işlər pisə getdiyində oğlaqların həyatda qalmağı bacara bilməsidir. Oğlaq bürcü insanları tək qalmağı sevərlər. Çətinlikləri tək başına sinə gərərlər.
Məsuliyyət sahibi Oğlaqların həyatının böyük bir hissəsini işi təşkil edər. İdarə etmək və müəllim ən böyük zövqləridir. Onlar bu şəkildə xoşbəxt olarlar. Evdə də eyni şəkildə idarə etməyi, intizama dəvət etməyi sevər.
Oğlaqlar, detallara əhəmiyyət verdiyi üçün paltarlarını diqqətlə seçər.
Bazar alveri deyil, marka məhsullar seçimidir.
Prestij və keyfiyyət onların olmazsa olmazlarıdır...
Olmazsa olmaz əşyaları: Gündəliyi, dəri çantası


Dolça bürcü üçün olmazsa olmaz - fərdi inkişafdır.
Fikirləri çox tez dəyişər və davamlı başqa - başqa mövzularda özünü inkişaf etdirmək istər. Yəni, bir gün istədiyini sabahısı gün buraxıb başqa bir sahəyə davam edə bilər. Bu xüsusiyyət onun vazgeçilmezidir. Ən böyük istəyi kimsənin dəstəyinə ehtiyacı olmadan öz ayaqlarının üzərində dayanmaqdır. Müdafiə etdiyi düşüncəni ətrafındakılara mənimsətmək üçün məşğul olar. Bu mövzuda ən böyük dəstəkçisi inadı və prinsiplərindən vaz keçməyən şəxsiyyətidir.
Dolça bürcündə fikirlər əsla tükənməz.
İxtiraçı Dolçalar, bəlkə də bürclərin ən müdrikidir. İdarəçi planeti Uran elektriki idarə edər. Bu güc Dolçalara çox uyğundur çünki bu enerji işıq qədər sürətlidir və hava elementi kimi güclü və görünməzdir. Uran hər vaxt icadlar və ilham ilə qaynaşar. Proyekt çıxarma, fərqli və insanlığa faydalı görüşlər etmə onların DNTlərinə işləmişdir sanki.
Dəli fikirləri ilə yoldaşları arasında olduqca məşhur olan Dolçalar, hər kəsin baxdığı amma görə bilmədiyi ilə maraqlanar.
Orijinallıq və texnologiya onların olmazsa olmazlarıdır...
Olmazsa olmaz əşyaları: Kitabları, kompüter oyunları


Balıq bürcünün olmazsa olmazı öz sərhədlərini genişlətmək və fərqlilik duyğusuna çatmaqdır.
Həyatın ən çətin anlarından ən az yarayla çıxmağı məqsəd hesab edir. Çünki mənfiliklərdən təsirlənər və çöküntü yaşamağa meyllidir. Fərqlilik duyğusunu inkişaf etdirdikcə həyatda üzmə şansı azalar. Çünki Balıq, tədbirlidir. Onu xoşbəxt etmək sadədir əslində duyğularına qarşı həssas davranmaq....
Balıq bürcünün simvolunda, iki balıq beynin ilk hissəsini təmsil etməkdədir və ortadan keçən əlaqə isə psixololoji mənada "üçüncü gözü" təmsil edər. Bu da Balıq bürcünə öncəgörmə xüsusiyyətini verməkdədir.

Musiqiyə və sənətə olduqca həssas olmaları bu budaqlarda peşə əldə etmələrini təmin edər. Həssas strukturları, sevməkdən çox sevilmək istər. Sevgi aclığı onu davamlı romantik əlaqələrə sürüyər. Mənəviyyatı güclü Balıqların, pulla çox işi yoxdur. Dünyanın bir ucunda da yaşasa, sevdiyi adam yanındadırsa ona yetər.
Planeti Neptün, mənəviyyat, yuxular və tale ilə birlikdə öncəgörmə, yaradıcılıq və ilham elementlərinin də planetidir.
Balıq bürcləri aydın olmaq istər, dilə gətirə bilmədiyi duyğularını hiss etdirərək qarşı tərəfə köçürər.
Sevgilisi, həyat yoldaşı onun üçün olmazsa olmazları arasındadır...:
Olmazsa olmaz əşyası: Bəzək-düzəkləri, rahat idman üst paltarlarıdır


Tarix: 24.11.2014 / 15:01 Müəllif: Aziza Baxılıb: 217 Bölmə: Burcler haqqinda çox şey
loading...