beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVGİ GÜLÜ varmı?

Onunla yeni tanış olmuşduq.
Yağışlı bir gün idi. İlk dəfə idi ki onu evə mən aparacaqdım.
Bəşir Səfəroğlu kücəsi ilə düşürdüm.Orada yol dar olduğu üçün maşınlar asta asta gedirdi.
Bir qoca yaxınlaşdı mənə.
- Gül almaq istəmirsən dedi?
- Neçəyədir?
- 3 manat
Xırdam yox idi 5 manat verdim. Gül satan qocada da xırda yox idi, dedim xırda qalsın.

Qoca üzümə baxdə və bu gülü kim üçün alırsan dedi.
- Sevdiyim xanima alıram dedim.
- Mən illərdir gül yetişdirirəm, bu gün güllərimin içində bir özəl gül vardı, digərlərindən seçilirdi. O gülü verəcəyəm sənə dedi.
O gülü mənə verdi. Həqiqətən o gül başqa idi, ətri isə bir başqa insanı məst edirdi.

Öndəki oturacağa qoydum və yoluma davam etdim.
Qızın iş yerinin qabağında gözlədim. Qız gülü görüb təəccübləndi. qucağına alıb oturdu.
- Bu gülü hardan almısan nə gözəldir dedi.
- Sevgi gülüdür... sevənlər üçün bitir dedim..
- gülümsədi...))
G304;FLER
Hər gün qızı işdən götürəndə o küçədən keçirdim və hər gün qoca day-daydan o fərqli gülü alırdım.
Bu güllər qızı elə sevindirdi ki... deyirdi otağım başdan ayağa bu gülün ətiridir. Hər kəs bu gülləri hardan almışam deyə soruşur.
Mənsə bu gül sənə özəl yetişir deyirdim..

3 ay hər gün o güllərdən aldım. amma dünya biz istəyən kimi dövr etmədi!
zamanı gəldə və biz ayrıldıq...

1 ay o küçədən keçmədim! Bir ay sonra yolum yenə Bəşir Səfəroğlu küçəsindən düşdü.
asta-asta hərəkət edirdik. gül satan day-dayı gördüm, oda məni gördü, amma baxmadı, heç mənə yaxınlaşmadıda..
Nə oldu deyə düşündüm??

Maşını saxlayıb özüm düşüb yanına getdim.
- Nə olub day-day? niyə daha mənə yaxınlaşmırsan dedim?
- Bilmirəm sənə necə deyim. 1 aydır ki o güldən daha bitmir, hec bilmirəm necə oldu...
- Biz ayrıldıq dayı..
- Həə indi anladım daha o güldən niyə bitmir! o gülün adını "Sevgi gülü" qoydum. yəgin bir daha sevən insan qarşıma çıxsa o gül bitər.

Əgər kimsənin yolu Bəşir Səfəroğlu küçəsindən keçərsə, mütləq o gül satan day-daydan soruşsun: Səndə SEVGİ GÜLÜ varmı?


Tarix: 03.12.2014 / 18:57 Müəllif: Aziza Baxılıb: 192 Bölmə: Burcler haqqinda çox şey