beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tək nəfərlik dünyana məni dəvət etdin

Bu səhər, səninlə oyandım; amma sən, yanımda yox idin.
Əslində heç olmamışdın; amma mən, yenə də səninlə oyandım.
Günün ilk işıqları, bu soyuq payız səhərində günəşin əlləri kimi toxunarkən
müşahidə edirəm, ağlımda yuxularım deyil sən var idin.
Mən özümə gələ bilmədən, sən mənə gəlmişdin. Gec gəlməyinə baxmayaraq tez idi.

Deyərkən sözlərin rəqs etməyə başladı gözümün qarşısında; "Səni sevdim!" dedin. İnanmadığımı söylədiyimdə
"Məni çox incitdiyini söyləsəm, bəlkə buna inanarsan." dedin.
Susdum, nə deyə bilərdim? QEYRİ-MÜMKÜNLƏR DƏNİZinin ən dərinlərində üzürdüm.
Çırpınarkən, döyüşərkən, həyatda qalarkən, ən "qeyri-mümkün" olaraq çıxdın qarşıma! Necə get deyərdim?
Qalmağın üçün ruhumdan qopan qışqırıqları necə eşitməyə bilərdim? "Qal, getmə..." deyə bilmədim.

"Məndən xoşun gəlirmi? Mənim, səndən xoşum gəlir." dedin... İnsan, nə qəribədir; içinə nələr həbs edir.
İçəridəki həbsxana, çöldəkinə bənzəmir. Günahsız günahkarlar, haqlı azadlıqlarını
tələb edərkən; ruhunu ağrıtmaq, ürəyini qanatmaq bahasına məhkumiyyət qərarı
davam edir. Həbsxanaya bir günahsız daha girir; "Daha ilk sözlərinlə məni
isti bir ədyal kimi qucaqladın." cümləsi, bütün masumiyyətiylə cəzalandırılır.

İzdihamlar ölkəsində tək, səltənətimə davam edərkən; sən, məni pərilər diyarından
sandın. Sehrli dəyənəyimlə ikimizə toxunsam, sonsuza qədər xoşbəxt
yaşayacağımıza inandın.
Nə əzablı ki gerçəklərin içində xəyallar, tez əriyir. Tək bir insan,
böyük bir dünya ola bilir, içinə sevgi kainatını sığdıra bilir.
Tək nəfərlik dünyana məni dəvət etdin; "Gəl, səni özümlə yığdım, ikimiz
üçün bir dünya oldum." dedin. Bəs mən, sıfıramsa və səninlə toplananda yenə sən qalsam nolar?

"HARADASAN SEVGİ?" deyə soruşarkən, özümə gəldim! "Salam," dedin; ümid, sənə büründü birdən.
"Məni yanına qəbul et!" dedin, sən söyləmədən mən qəbul etdim;
amma kaş ki, bunu sən də bilsəydin...
İndi, dəli bir qasırğa kimiyəm. Hər zərrəmdə sən varsan!
QEYRİ-MÜMKÜNLƏR DƏNİZində ən qeyri-mümkün sənsən!
Həm həyat kimi varsan; həm öldürənə, ölənə məhrum! Mən, get desəm də;
sən getmə, gedə bilmə məndən, qal nə olar!


Tarix: 03.12.2014 / 18:50 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Burcler haqqinda çox şey