beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılıqdan sonrakı ilk 24 saat

7:00

AĞLA

Kədərini gizlətməyə çalışma. Otağına gir, yorğanın altında istədiyin qədər ağla. Ayrılıq səbəbini anlamağa və bir nəticə çıxarma çalışma. Tamamilə hisslərinin əsiri ol.

8:00

ƏSƏBLƏŞ

Lazımi qədər ağlayıb sakitləşdikdən sonra fikirləşməyə başlaya bilərsən : "Bunu necə etdi?", "Bunlara layiq olacaq qədər nə etdim ki mən?", Sadəcə sevdim onu!!", "Ama onun bütün dedikləri yalan imiş"...ağlayıb hisslərini boşaltdıqdan sonra əsəbləriniz belə boşalt. Ona aid ancaq mənfilikləri düşün, ona hirslən.

9:00

BAŞ-BEYİN APAR

Artıq dostların yuxudan ayılmış olarlar. Yatsalar belə bunun o qədər də əhəmiyyəti yoxdur. Sən belə haldaykən onların mışıl-mışıl yatması haqsızlıqdı axı. Zəng et, oyat onları. Başla dərdlərini onlara danışmağa. Sənə dəstək olacaqlarını gözlə.

11:00

ŞİKAYƏT ELƏ

Anlayışsız ol və bundan ləzzət al. Sən bu vəziyyətdəsən deyə onsuzda heç kim sənə söz deyib səni daha çox qırmaq istəməz. Dərslərindən, evdəkilərdən, suların kəsilməsindən, alnının ortasından çıxan sızanaqdan, ağlına gələ biləcək hər şeydən şikayət et. İçindəki zəhəri tök. Hazır əlində bəhanən də var.

12:00

BAZARLIĞA GET

Yanına bir dostunu da al və get ticarət mərkəzini alt-üst etməyə. Özünə bir qələm belə alsan bu səni rahatladacaq. Çünki ticarət hər zaman insana müsbət təsir edir.

14:00


ÖZÜNDƏN GET

Əl-ələ gəzən sevgililərə baxıb köks ötür. Birlikdə getdiyiniz yerlərdə ol. Gözlərin dolsun, hətta ağla. Amma bunları yaşa. Heç də qaçma bunlardan, təxirə salma. Yaşa ki, tezliklə arxada qoya biləsən. Qəlbində bir yara kimi qalmasın.

15:00

MAHNI OXU

"Dünya dönüyor sen ne dersen de, dünya dönüyor fark etmesen de...'' Bir az hərəkətli musiqilər çalış. Bu cür mahnılara həmin gün üçün ruhun yox desə də bədənin əsla yox deyə bilməz. Bir də görərsən ki, ayaqlarınlar ritmi tutmağa başlamısan.

17:00

ÖZÜNƏ FİKİR VER


Güzgünün qarşısına keç. Bütün gecə yatmamığın və ağladığın üçün gözlərin şişib, saçların hərəsi bir yanda...gir hamama, təmizlən. Dərinə cürbəcür kremlər çək, gözəlləş. O yoxdu deyə, özünə əziyyət etmək lazım deyil.

18:00

MAKİYAJ ELƏ

İndi də növbə makiyajdadı. Bir az ənlik, qıvrım kipriklər, parıldayan dodaqlar vəssalam...indi əvvəlki "sənə" daha çox bənzəyirsən.

19:00

ÇÖLƏ ÇIX

Artıq qarnında zəng səsləri gəlir. Yemək yeməyin vaxtı gəlib. Dostlarına zəng vur, sizin üçün rahat bir yerə gedin. Deyib-gülün. Bütün bunların sənə necə kömək etdiyini görəcəksən.

21:00


YAT

Bir stəkan süd iç və tez yat. Dünənki gecənin əvəzinə də yatıb, o yorğunluğu çıxartmaq lazımdı. Çünki sabah yeni bir gündür və bu yeni həyat səni gözləyir...görək o nələr gətirəcək???


Tarix: 03.12.2014 / 18:53 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Burcler haqqinda çox şey