beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə yaxşıki, sən varsan!

Nə yaxşı ki, sən varsan!
Nə yaxşı ki, sən varsan bu dünyada.
Yoxsa bir dəfə yaşadığım bu ömür mənasız olardı mənim üçün.
Yoxsa kimdən ötrü, nədən ötrü doğulduğumu dərk edə bilməzdim.
Məhəbbət deyilən bir varlığın nə olduğunu sən öyrətdin mənə.

Nə yaxşıki, sən varsan!
Yoxsa xəyalım boş qalardı mənim.
Səni sevdiyim gündən bu təmiz , saf, ülvi məhəbbət mənə nə qədər sonsuz iztirab, göz yaşları qismət etsədə səni bir dəfə görüb, səsini eşitməklə ürəyimdən ağrı, üzümdən pərişanlıq, gözlərimdən kədər azalar.
Bax budur həyatımın mənası.
Bütün gecəni sənin xəyalınla keçirib, səhərin açılmasını səni görmək ümüdü ilə gözləyən bir insana səni yaxından görmək qismət olursa ay Allah bundan böyük xoşbəxtlik varmı görəsən?

Nə yaxşıki, sən varsan!
Çünki, mən səni sonsuz məhəbbətlə sevirəm.
Mənim sənlə olan ayrılığım sonu görünməyən bir ayrılıqdır.
Ümidim ancaq səni görməyə, səsini eşitməyə qalıb.
Qorxuram səni əbədilik itirməkdən çox qorxuram.
Mən buna qətiyyən dözə bilmərəm.


Tarix: 03.12.2014 / 18:55 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Burcler haqqinda çox şey