Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürcə uyğun qidalanma rasionu

Münəccimlər yüzillik müşahidələrdən sonra belə qənaətə gəliblər ki, hər bürcün öz rasionu olmalıdır. Yəni hər bürcün menyusunda konkret ərzaq məhsulları yer almalıdır. Münəccimlərin fikrincə, məhz bürcə uyğun məhsulların rasionda istifadə edilməsi artıq çəki problemindən xilas olmağa kömək edir, maddələr mübadiləsini sürətləndirir və ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərəcək.

Beləliklə, tabloid.az Rusiya mətbuatına istinadən bürcə uyğun qidalanma haqqında maraqlı məlumatları təqdim edir:

Qoçlar üçün gül kələmi, kök, çuğundur, xiyar, ispanaq, qırmızı qarağat, alma, limon, xurma, qoz ləpəsi, hinduşka, dovşan, quzu, yağsız mal əti ideal qidadır. Qoçların yağlı xörək yeməsi, tünd çay içməsi arzuolunmazdır.


Buğaların rasionu üçün ən yaxşı qidalar bunlardır: İspanaq, çuğundur, ağ və gül kələmi, soğan, balqabaq, turp, mal əti, qara ciyər və bitki yağları. Bundan başqa, dəniz məhsulları, lobya, kəpək, adaçayı və zirinc Buğaların rasionunda yer tutması onların xeyrinə olardı. Bu bürcün nümayəndələrinə şirniyyat, undan hazırlanmış bişinti məmulatları yemək məsləhət deyil.

Əkizlərin rasionunda süd məhsulları, qoz, soya və soya məhsulları, yağsız balıq (treska, kambala, durnabalığı, navaqa, pikşa, xek) quş əti, yumurta, qarğıdalı, kök, kərəviz, ananas, mərəçüyüd, yaşıl noxud, bütün növ kələmlər olmalıdır. Bu bürcün nümayəndələrinə təzə yaşıl tərəvəzlərdən çox istifadə etmək tövsiyə edilir.

Xərçənglərin təqribi pəhriz menyusu belədir: Yağsız mal əti, hinduşka, dovşan əti, pendir, yoqurt, kələm, (ağ, rəngli, brokkoli, dəniz) balqabaq, portağal, limon, süd, yumurta, xüsusilə sarısı, çovdar çörəyi, dəniz məhsulları, qoz, kişmiş, rozmarin.

Xərçənglərə çox yemək zərərdir. Bu bürcün nümayəndələrinin şəkər tozundan, nişastadan yağlı qidadan imtina etməsi yaxşı olardı.

Şirlər rasionda gavalıya, almaya, limona, çovdar ununa, badama, əncirə, hindqozuna, qoz ləpəsinə və qaragiləyə geniş yer versələr faydasını görərlər. Eyni zamanda, yoqurt, pendir, yumurta, yağsız ət və quş əti, sitrus, soğan, cəfəri kimi məhsullardan bol-bol yeyin. Şirlərə Xərçənglər kimi yağlı yeməkləri, şəkərli ərzaqları və nişastanın istifadəsini məhdudlaşdırmaq tövsiyə edilir.

Qızlara yağsız mal, donuz, balıq əti, badam, qatıq, kəsmik, süd, soya, yumurta, pendir, yoqurt, paxla, qarabaşaq, xüsusilə arpa, buğda, kəpək, yulaf, çovdardan istifadə etmək tövsiyə olunur. Qızlara daha çox zülal tərkibli məhsullar yemək lazımdır, alkoqoldan, qəhvədən imtina məsləhətdir.

Tərəzilərin menyusu belə olmalıdır: kök, çuğundur, alma, şaftalı, badam, kişmiş, təmizlənməmiş düyü, qarğıdalı, dəniz məhsulları, donuz əti, quş əti, mal əti, kartof, yulaf, arpa sıyığı, motmotu, armud, üzüm, və ərik. Tərəzilərə kəskin ədviyyatlar və ekzotik souslar istifadə etmək tövsiyə edilir.

Əqrəblərə yağsız mal əti, soya, qoz, yoqurt, soğan, kəvər salatı, qara gavalı, albalı, əncir, mərəçüyüd, bütün növ kələmlərdən, turp, sarımsaq, dovşan, quş, dovşan əti yemək tövsiyə olunur. Əqrəblərin çox yağlı qidadan imtina etməsi yaxşı olardı.

Oxatanlar üçün ideal menyu belə olmalıdır: İtburnu, pomidor, balıq, quş əti, qaraciyər, yumurta, buğda, yulaf, gilənar, xiyar, bütün növ soğan, alma, mərzə, təmizlənməmiş düyü.

Bu bürcün nümayəndələrinə kalorili desert, çərəz və ədviyyatlı xörəklərdən imtina etmək tövsiyə edilir.





Oğlaqların rasionunda kök, kəsmik, qırmızı bibər, turşəng, ispanaq, kərəviz, kəvər, kələm, dovşan əti, mərci, yoqurt, yumurta, qara gavalı, çiyələk, qarpız, yemiş, heyva, təmizlənməmiş buğda, lobya, bitki yağları olmalıdır. Bu bürcün nümayəndələri alkoqoldan, yağlı qidadan imtina etməlidirlər.

Dolçaların menyusunda aşağıdakı ərzaqlar olarsa, çox sağlam həyat sürərlər, xəstəlik nədir bilməzlər. Beləliklə, həmin məhsulların adlarını təqdim edirik:

Mərəçüyüd, ispanaq, turp, kök, kərəviz, brokkoli, portağal, üzüm, alma, ərik qaxı, bal, hər bir göyərti, dəniz məhsulları, mərci, bərk pendir, paxlalı mal əti, yağsız donuz, dovşan, kələm, kahı, təmizlənməmiş buğda.

Bu bürcün nümayəndələrinə duz istehlakını məhdudlaşdırmaq tövsiyə edilir.

Balıqların menyusunda dəniz məhsulları, hinduşka, bildirçin, yağsız mal əti, yumurta, pendir, yoqurt, qoz, kişmiş, xiyar, pomidor və narıncı şirin bibər, yunan balqabağı, kəklikotu, göbələklər olmalıdır. Bu bürcün nümayəndələrinə şirniyyatdan istifadə məsləhət görülmür.


Tarix: 24.11.2014 / 16:06 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Burcler haqqinda çox şey
loading...