beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bagışla dedi Sadecə güldüm.

Keçən zamanları geri qaytarmaq olmür! Bəziləri unudulur,bəziləri əsla əsla unudulmur.Sən unutmaq istəsəndə, unudulmur.Gülümsəməyə dönür, soyuğ, qış soyuğu kimi bir gülümsəməyə! O gülümsəməyəki, bütün hislər, ağrılar, əzablar toplaşır gülümsəmənə,deyəcək sözü əvəz edir bax o soyuğdan donan, əzablardan, çətinliklərdən yaranan o gülümsəmə.
Səni gördüyümdə sadəcə düşündüm, gözlərinə baxaraq heç bir hiss yaşamayaraq! Sadəcə susudum, bütün varlığımla və düşündüm.. Sənə görəmi mən yaşadım əzabları,?sevgsini yari yolda qoyan, yuxarıdan aşağı, gözünü belə qırpmadan itələyən insanamı verdim ürəyimi?
Deqiqelerce baxdım üzünə,susaraq baxışlarıma ad belə verməkdə çətinlik çəkirdim......
Geri dönmək, hislər yolu ilə belə mümkün deyil!Xatirələrimin yolu dağılıb,uçulub,yarasız bir dünyaya dönuşüb.Səndə danışmadın!!! Susdun sakitcə, gözlərinlə üzürmü üstedin, sadəcəmi baxdınmı bilmədim..
Çox cətinliklər çəkdim,çox dağıtdın həyatımı,məhv eledin sevgimi!!!
Mən sadəcə səni sevdim!Heç kəsin səni sevə bilməyəcəyi qədər! Başa düşmədin!!! Anlamadın... sənin insanlığdan uzaq biri olduğunu mene vurduğun zerbe ilə anladın!
Gedərkən geri dönəcəyini düşünmədinmi?Qarşılaşa biləcəyimizi, yarı yolda qoyan sevgini geci tezi görəcəyini düşünmədinmi?
Sən getdin....Mən səbəbini belə bilmədim!Suaraq getdin.....
İndi isə qarşımdasan və bağışla deyirsən....Deyiləcək bir sözə belə layiq deyilsən,ona görede.....
Bagışla dedin Sadəcə güldüm..
Mən getməyivin səbəbini bilmədim səndə gülmsəməmin səbəbini bilməyəcəksən!


Tarix: 03.12.2014 / 18:55 Müəllif: Aziza Baxılıb: 148 Bölmə: Burcler haqqinda çox şey