beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tək 1 səbəb...(senin ucun)

Dayandı əvvəl… Baxdı üzümə… Sözlər gözlərində yığılırdı sanki. Halbuki onun gördükləri ilə mənim hiss etdiklərim fərqli idi. Bir müddət səs etmədim, izlədim üzündə çoxalan xəttləri. İlk o danışsın deyə gözlədim. "Getmə" dedi ümidsizcə. "Getmə, qal bir az daha…"


Tək 1 səbəb...

Çaşdım sözlərinə. Sanki aylardır mənə "get" deyən o deyildi. Sanki günlərdir baxışlarında nifrət və bezginlik oxuduğum o deyildi. Cəsarət edib, "niyə" deyə soruşdum. "Qalmağım üçün mənə tək bir səbəb söylə…"
Susdu, danışmadı bir daha. Bir az gözlədim. Məni razı salsın, yolumdan çevirsin istədim. Etmədi.
Tək bir söz belə etmədi.


Tək 1 səbəb...

Dəqiqələr vulkan olub keçdi üzərimizdən. Əllərim belə tərləmişdi, dizlərimdə qurutdum. Uzanıb yerdən toza torpağa qarışmış çantamı götürdüm və səssizliyi pozmadan uzaqlaşmağa başladım yanından. Bir ara geriyə baxma ehtiyacı hiss etdim amma baxa bilmədim. Mən hisslərimlə qürurumun döyüşünün ortasında
əzilərkən bir səs eşitdim geridən. "Getmə…" Davam etdim yoluma, sürət kəsmədən irəlilədim.
Bu səfər daha yüksək bir səs gəldi uzaqdan.
"Səni sevirəm…"


Tək 1 səbəb...

O an əlimdəki çanta, yükləndiyim bədən, tənəffüs etdiyim hava dağ oldu, daşıya bilmədim. Olduğum yerdə çökdüm dizlərəmin üzərinə. O qaçdı arxamca, çatdı. Sonra çiyinimə toxundu o cənnət qoxusu verən əlləri.
Əlinə toxundum, susdu. Əyilib sarıldı çiyinimə və qulağıma eyni cümləni pıçıldadı.
"Səni sevirəm…"


Tək 1 səbəb...

Daha sonra isə daha içdən - Yüksək bir yerdən yatan şəhəri izləmək kimi bir şey səni sevmək. Səssiz və sakit
Tutub atmaq ürəyini buludlara bəlkə. Sonra uçmaq bir quş azadlığında, dəli kimi
Getmək uzaq diyarlara, köç etmək. Qonmaq ürkək könlünə künc bucaq, içində qalmaq. İzah etmək dilinə gələni, səndən dinləmək. Yatmaq gecəyə, günə oyanmaq. Üzünü görmək günəşin ilk işığında, baharı seyr etmək. Eşqin ən adlıq halında səssiz mahnılar söyləmək sanki. Sonra getmək səninlə, mənzili uzun yollar getmək. Yorulmaq yanında, tərləmək hətta. Yuyunmaq hisslərin ən gözəlində, durulanmaq. Zaman keçsin, zaman belə bitsin istəmək bəzən. Yüksək bir yerdən boşluğa özünü buraxmaq kimi bir şey səni sevmək. Həzzin eşiyində vermək canı, bəlkə cənnəti almaq.
Amma Səssiz və sakit… - söylədi...


Tarix: 03.12.2014 / 18:53 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Burcler haqqinda çox şey