Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siz Hansı Ağacsınız?

23 dekabr - 1 Yanvar- Alma ağacı
1 Yanvar - 11 Yanvar - Küknar ağacı
12 Yanvar- 24 Yanvar- Qarağac
25 Yanvar 3 Fevral - Sərv ağacı
4 Fevral - 8 Fevral - Qovaq ağacı
9 Fevral - 18 Fevral - Sidr ağacı
19 Fevral - 28 Fevral - Şam ağacı
1 Mart - 10 Mart - Söyüd ağacı
11 Mart - 20 Mart -Cökə ağacı
21 Mart - Palıd ağacı
22 Mart - 31 Mart - Fındıq ağacı
1 Aprel - 10 Aprel - Üvəz ağacı
11 Aprel - 20 Aprel- Çinar ağacı
21 Aprel - 30 Aprel - Qoz ağacı
1 May - 14 May - Qovaq ağacı
15 May - 24 May - Şabalıd ağacı
25 May - 3 İyun - Göyrüş ağacı
4 İyun - 13 İyun - Vələs ağacı
14 İyun - 23 İyun - Əncir ağacı
24 İyun - Ağcaqayın
25 İyun - 4 İyul - Alma ağacı
5 İyul - 14 İyul - Küknar ağacı
15 İyul - 25 İyul - Qarağac
26 İyul - 4 Avqust - Sərv ağacı
5 Avqust - 13 Avqust - Qovaq ağacı
14 Avqust - 23 Avqust - Sidr ağacı
24 Avqust - 2 Sentyabr - Şam ağacı
3 Sentyabr - 12 Sentyabr - Söyüd ağacı
13 Sentyabr - 22 Sentyabr - Cökə ağacı
23 Sentyabr - Zeytun ağacı
24 Sentyabr - 3 Oktyabr - Fındıq ağacı
4 Oktyabr - 13 Oktyabr arası - Üvəz ağacı
14 Oktyabr - 23 Oktyabr - Çinar ağacı
13 Oktyabr arası - Üvəz ağacı
24 Oktyabr - 11 Noyabr - Qoz ağacı
12 Noyabr - 21 Noyabr - Şabalıd ağacı
22 Noyabr - 1 dekabr - Göyrüş ağacı
2 dekabr - 11 dekabr - Vələs ağacı
12 dekabr - 22 dekabr -Əncir ağacı
23 dekabr - Qayın ağacı

Alma ağacı: (Sevgi)
Cazibəli, fiziki olaraq diqqət çəkici, təsir edici. Xoş bir auraya sahibdir. Flirt sevən və macərapərəst, amma həssas və hər zaman aşıq bir tipdir. Sevməyə və sevilməyə marağı çoxdur. Sadiq və həssas bir həyat yoldaşıdır. Comərddir. Elmi mövzularda qabiliyyətlidir. Bu günüylə yaşayır. Xəyalpərəstdir.


Şabalıd: (Dürüstlük)
Qeyri-adi bir gözəlliyi vardır, amma insanlara təsir etmək kimi bir dərdi yoxdur. Ədalətli və şəndir. Anadangəlmə diplomatdır. Çox asan narahatlığa qapılar, amma hər bir münasibətində həssasdır. Bəzən fövqəladə davranar. Sevgili tapmaqda çətinlik çəkər.


Əncir: (Həssaslıq)
Çox güclü, müstəqil, müzakirələrə və ziddiyətlərə çox icazə verməyən, ailə həyatını çox sevən, yaxşı bir ata və heyvan sevərdir. Zarafatı, bekarçılığı və tənbəlliyi də sevər. Eqoistliyi var. Ağıllı və praktikdir.


Göyrüş: (Ehtiras)
Fərqli bir cazibədarlığa sahibdir, həyat dolu, tələbkar, düşüncəsizcə hərəkət edən və tənqidlərə qulaq asmayan biridir. Ehtiraslı, ağıllı, qabiliyyətli, taleyinə hökm etməyi sevən, eqoist olmağa meyllidir. Amma ona güvənə bilərsiniz. Bəzən beyni ürəyinə hökm edə bilər. Münasibətləri çox ciddi qəbul edir və sadiqdir.


Qayın: (Yaradıcılıq)
Yaxşı bir zövqü vardır. Xarici görünüşə və öz görünüşünə əhəmiyyət verir. Materialist sayılır. Həyatı və karyerası üçün çox və müntəzəm olaraq çalışır. Qənaətcildir. Gərəksiz risklərə girməz. Məntiqli bir tipdir. Pəhriz və idmanla sağlamlığına diqqət edər.


Ağcaqayın: (Ruhlanma)
Həyat dolu, təsirli, eleqant, dostcanlı, təvazökar, həddi aşmağı sevməyən, kobud şeylərə nifrət edən biridir. Təbii və sakit bir həyatı seçər. Çox ehtiraslı deyil. Xəyalpərəst və az ehtiraslıdır. Ətrafında sakit və uyğun mühitlər yaradar.


Sidr: (Güvən)
Zərif, hər mühitə davam gətirə bilən, lyuks sevən, sağlamlığına diqqət edən, özünə güvənən, başqalarına da bir az yuxarıdan baxan biridir. Qərarlı, səbrsiz və başqalarına təsir etməyi sevər. Optimist və bacarıqlıdırlar. Tək və əsl sevgisini gözləyər. Tez qərar verir.



Sərv: (Sədaqət)
Fiziki olaraq güclü, hər mühitə uyğunlaşan, həyatla mübarizə aparmağı sevməyən, məmnun, optimist, pul sevəndir. Təkliyə nifrət edər. Asanlıqla təmin edilə bilməyəcək qədər ehtiraslıdır. Amma sadiqdir. Dəbini tez - tez dəyişir. Qaydalara boyun əyməzlər. Bir az da çoxbilmiş və laqeyddir.



Qarağac: (Usta)
Fiziki olaraq sağlam, geyiminə diqqət edən, tələblərində ifrata varmayan, insanlara sevinc verə bilən, liderlik etməyi sevən, amma özü aşağıda olmağı sevməyən biridir. Dürüst və sadiq bir həyat yoldaşıdır. Başqaları üçün qərar verməyi sevər. Comərddir. Praktik zəkası güclü və yaxşı bir zarafat anlayışı var.


Küknar: (Sirr)
Qeyri-adi bir zövqü vardır. Təcrübəli və qədirbiləndir. Gözəl olan hər şeyi sevər. Dikbaş, dəb-dəbəli, eqoist olmasına baxmayaraq özünə yaxın olanlara qarşı diqqətli biridir. Çox təvazökar olduğunu demək olmaz. Ehtiraslıdır. Razı salınması çətin bir sevgilidir. Çox dostları var, çünki ona güvənmək olar.



Fındıq: (Fövqəladə)
Cazibədar, anlayışlı, insanlara necə təsir edəcəyini bilən, çox tələbkar olmayan, ictimai həyatda fəal və aqressiv, hətta döyüşkən biridir. Populyardır. Psixoloji vəziyyəti tez dəyişir. Kaprizli bir aşiqdir. Amma dürüst və həyat yoldaşına tolerant (səbrli) davranar. Qüsursuz bir mühakimə etmə qabiliyyəti vardır.


Vələs: (Zövq sahibi)
Gözəl. Xarici görünüşünə və baxımlı olmağa diqqət edər. Zövq sahibidir. Başqalarını özündən çox düşünər. Həyatı mümkün qədər asan bir hala gətirməyə çalışar. İntizamlı bir həyat üçün çalışar. Münasibətlərində nəzakətlidir. Fərqli sevgililər tapmaq istəyər. Duyğularıyla əlaqədar olaraq xoşbəxtlik əldə etməsi asan olmaz. Adətən başqalarına çox güvənməz. Qərarlarından da əsla əmin olmaz.


Cökə: (Şübhə)
Həyatın ona verdiklərini qəbul edər. Savaş və müzakirəyə nifrət edər. Çalışqandır, tənbəlliyi və eqoizmi heç sevməz, streslidir. Yumşaq xasiyyətli və mərhəmətlidir. Dostları üçün çəkinmədən fədakarlıq edər. Bacarıqlı olmasına baxmayaraq bunları qiymətləndirməsini bilməz. Mızmızdır. Qısqanc lakin vefalıdır.


Çinar: (Azad düşüncə)
Xəyalpərəst və orijinallıqlarla zəngin, heç də adi olmayan biridir. Utancaq, ehtiraslı, qürurlu, özünə etibarlı, yeni təcrübələrə ac biridir. Ümumiyyətlə əsəbi və gərgin bir quruluşu vardır. Yaddaşı güclüdür. Çox asan qavrayar. Sevgi həyati bir az mürəkkəbdir. Başqalarına təsir etməyi sevər.


Palıd: (Cəsarət)
Sağlam, cəsur, güclü, müstəqil və aqressivdir. Mərhəmət duyğusu heç yoxdur. İşini sansa buraxmağı sevməz. Mövqeyində möhkəmdir. Hərəkətlidir.


Zeytun: (Ləyaqət)
Günəşi, isti havaları sevər. Məntiqli biridir. Nəzakətlidir. Aqressiya və şiddətdən uzaqdır. Sakit və tolerantdır. Çox ədalətlidir. Həssas, qısqanclıqdan uzaq biridir. Oxumağı və təcrübəli insanlarla həmsöhbət olmağı sevər.


Şam: (Vasvası)
Uyğun olduğu əlaqələri sevər. Dinc və güclüdür. Necə istirahət edəcəyini yaxşı bilir. Təbii və hərəkətli biridir. Yaxşı bir sevgilidir. Çox dost həvəskarı deyil. Tez aşiq olur, amma alovu tez sönər. Hər şeydən asan imtina edə bilər. İdealı tapana qədər hər şey keçicidir. Etibarlı və praktikdir.


Qovaq: (Narazı)
Çox özünə güvənməyən, yalnız lazım olduğu zaman cəsarətli olan biridir. Arxasının güclü olmasını və möhkəm insanlarla həmsöhbət olmağı sevər. Çox seçim edəndir. Ümumiyyətlə təkdir. Artist bir təbiəti var. Kin saxlayar. Yaxşı bir təşkilatçıdır. Fəlsəfəyə qapılmağı sevər. Amma hər vəziyyətdə güvenilə biləcək biridir. Münasibətlərinə də çox əhəmiyyət verər.


Üvəz: (həssaslıq)
Diqqət çəkici, sevinc verici, eqoizmdən uzaq, diqqət çəkməyi sevən biridir. Həyata bağlıdır. Yerinə və vəziyyətə görə həm qapalı həm müstəqil ola bilər. Zövqlüdür. Romantik, həssas, ehtiraslı və artistlik xüsusiyyətləri vardır. Yaxşı bir həyat yoldaşı olar, amma çox çətin bağışlayandır.


Qoz: (Ehtiras)
Qəribə və ziddiyətlərlə zəngin biridir. Eqoist və agressivdir. Gözlənilməz reaksiyalar göstərir. Zadəgan ruhludur. Gözlənilməzdir. Çox ehtiraslıdır və heç elastikliyi yoxdur. Çətin bir həyat yoldaşıdır. Çox çətin bəyənir. Yalnız təqdir edər. Çox qısqanc və ehtiraslıdır. Uyuşmaq üçün çox fədakarlıq etməyi də xoşlamaz. Maraqlı strategiyaları var.


Söyüd: (Melanxoliya)
Gözəl və çox melanxolikdir. Təsir edicidir. Gözəl və zövqlü şeylərə həvəslidir. Səyahət etməyi sevər. Xəyalpərəstdir. Kaprizli amma dürüstdür. Başqalarının duyğularına diqqətlidir. Tez təsir altına düşər, amma birlikdə yaşanması çətin biridir. Tələbkardır. Hissləri də güclüdür. Sevgidə əzab çəkər.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Burcler haqqinda çox şey
loading...