beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Səni həmişə sevəcəyəm” desəydin

Sən mənim “İmkansızımsan” deməyib
“Səninlə hər imkansızlıga hazıram” desəydin…
Bəlkə bütün imkansızlıqları yox edərdim səninlə…
Amma Demədin ki…

Sən mənimsən” deməyib “Mən sənə aidəm” desəydin…
Başqa ürəklərdə olsan da varlığını hiss edə bilərdim, mənə aid olan həmişə məndə qalır deyə…
Demədin ki…

“Sənin üçün hər zorluqla savaşıram” deyil də;
“Səndən gələn heç bir şey zorluq deyil” desəydin;
İnanardım ürəyinin sadəcə mənim üçün çarpdığına, cəsarətinə…
Demədin ki…

“Sən olmadan yaşaya bilmərəm” deməyib,
“Sənsizlik deyə bir şey yox; sən var olmasan da mənimləsən” desəydin…
İnanardım sevginin sonsuzluğuna, eşqin istiliyinə …
Demədin ki…

“Sən mənim röyamsan” deyil də
“Gerçəkləşən röyamsan” desəydin;
Uzaqda da olsam yaşadırdım bu gerçəyi səndə, röya olmaqdan çıxarardım bizi…
Demədin ki…

“Sən mənim ruhumsan” deyil də,
“Sən əslində Mənsən” desəydin…
Yoxluğunda belə davam etdirərdim sən olmagı, özümü unutmaq olsa da sonu…
Demədin ki…

“Səni Sevirəm” deyil də,
“Səni həmişə sevəcəyəm” desəydin,
Yalan da olsa sevgin, heç dönməyəcək olsan da inanardım mənə bir gün dönəcəyinə…
Gözləyərdim ömrümün sonuna qədər gəlməyişlərini…
Demədin ki…

“Sən mənim üçün çox özəlsən” deməyib;
“Özəl olan hər şey səndədir” desəydin;
Özümü indi belə sadə hiss etməzdim, söylədiyin acı sözlərinin altında bu qədər əzilməzdim…
Demədin ki…

“Bir gün bitəcək” deməsəydin də
“Əslində səni heç sevməmişəm” desəydin ;
Ən azından dəliqanlı birini yaşadardım ürəyimdə…
Səni mənə özünü tanıtdığın kimi deyil də, mənim tanımaq istədiyim,
O cəsur, o gerçəkçi, o isti , qalsaydın mənliyimdə…


Tarix: 03.12.2014 / 18:51 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Burcler haqqinda çox şey