beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağlamaq istəyir bu yazı.....

Ahh necə gedişin,neçə dönüşün var əllərimdə.Neçə dəfə inandım sənə mən.Neçə dəfə söylə.Ağlamaq istəyir bu yazı,ağlamaq istəyir sənə,ağlasa anlarmıydın?...Niyə yoxsan niyə varsan niyə hər şeyimin ortasındasan?...Ah necə sevdim mən səni,necə işlədin mənli yanıma bir anlasan...
Necə anlamazsan sən bu susan dili.Ağlamaq istəyir bu yazı,ağlatmaq istəyir başqa gözlərə kilitlənən gözlərini.Anla məni anla heç sevmirəm desəmdə səni.Neçə gedişin var məndə bununla birlikdə.Neçə dəfə gəlişinə sürgün edildi sevgim.Neçə dəfə söylə.
Ağlayır bu yazı tək bir damla belə axıtmır gözlərindən.Söylə sən nə anladın məndəki səndən,sən nə anladın içimə batıb məni qanadan sevgindən.Bir dəfə də sən say gedişlərini,gəlişlərini.Bir dəfə də hesabını sən versən.
Yenidən yazılmalı dedin bu hekayə yazdım,artıq bağlayaq dedin bağladım,Sev və burax elə qalsın dedin qaldım.Mən sənin ögeyin idimmi?Şəfqətini heç görmədim.
Yüzlərcə dəfə niyə deyə qışqırsam üzünə,varmı veriləcək tək cavabın.Sən məni niyə anlamadın?...Yenə qopdu ağlımın qayışı yenə sənə bağlandım.Dönüb dolaşıb gəldin hər səfərində,mən isə özümə dolandım.Tapdığın hər parlaq göz ilə gedişində isə bulandım.Sənə bulandım,içimi səndən təmizləyə bilmədim.
Niyə yoxsan niyə varsan niyə hər şeyimin ortasındasan.Get tamam get amma bu gedişin də məni məndən götürməsin.Get bu gedişin yanlız səni məndən götürsün...


Tarix: 03.12.2014 / 18:45 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Burcler haqqinda çox şey