beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duygulu bir hekaye.

Sizin üçün nə dərəcə əhəmiyyəti var bunu bilmirəm amma mən bu sətirləri yazarkən gözümdən damlalar axır klaviatura üzərinə. Kişilər ağlamaz sözü mənə görə deyil. Ağlamaqdan heç utanmadım, duyğularım, ağrılarım məni boğduğu zaman həmişə ağladım. Yenə ağlayıram... Sizləri tanımıram amma sizlərlə paylaşmaq istəyirəm. Lütfən; bu sətirlərə bir sevən olaraq sahib çıxın və lütfən yazılı sətirlər olaraq keçməyin. Oxuduqca yer üzündə insanlar nələri yaşayarmış deyəcəksiniz buna əminim.
Bir polis ailəsinin ən kiçik uşağı olaraq atamın təyininin çıxdığı bir kəndə daşındıq. Narahat idim, məktəbimi bir kənd məktəbində oxumaqdansa ,şəhərdə mədənicə oxumaq istəyirdim. Qeydimi etdirdi atam məktəbə. İbtidai məktəb 4-cü sinifdən başladım kənd məktəbinə. Məni bir sinifə verdilər. Müəllim kənddə qıraq biri olduğumu bilirdi və hansı sıraya oturmaq istəyirsənsə otur dedi mənə. Bir qızın yanı boş idi yalnız oraya oturdum. Həyatımı həsr etdiyim, gedişiylə məni bitirən insanla ilk o zaman tanış oldum. Adı Altınay idi. Uşaq yaşımda belə onun gözəlliyi mənə çox təsir etmişdi. Mavi gözləri, qəmzə yanaqları ilə arada bir mənə dönüb gülüşü, səhv yazdığım qeydlərimdə öz silgisiylə dəftərimdəki səhvi silməsi məni o kiçik yaşımda ona bağladı. O dövrlərdə uşaqca bir yoldaşlıq idi. Zaman irəlilədikcə onsuz tək saniyə keçirə bilmirdim. Ya mən onlara gedib dərsə hazırlaşırdıq, ya da o bizə gəlirdi. Paylaşmağı çox sevirdi. Ürəyini, sevgisini, dostluğunu daha o yaşda vermişdi mənə. İbtidai məktəbi birlikdə oxuduq və eyni sırada bitirdik.
♥Qışda sevgi bir başqa olur♥
Həmişə onunla həmişə ona bir az daha alışaraq. Orta məktəbə keçdiyimizdə ailələrimizə xahiş etdik və bizi eyni məktəbə yazdırdılar, hətta eyni sinifə, hətta eyni sıraya oturmağımız üçün atalarımız müəllimlərə sanki yalvardılar. Bacarmışdıq. Yenə eyni sıradaydıq. Geridə qalan ibtidai məktəb dövründəki iki ildə anladım ki onsuz həyat mənə dinclik vermirdi. Yaşımız yetkinləşdikcə o məni, mən onu daha çox sevirdim. Uşaqca başlayan yoldaşlığımız sevgiyə eşqə çevrilmişdi orta məktəb illərimiz bitmək üzrəykən. Şəhər mərkəzində.. Ailələrimiz litseyə keçdiyimiz sırada ortaq bir qərar aldılar. Buna görə tək ev kirayəyə götürəcək ikimiz eyni evdə qalacaqdıq. Anam da bizimlə qalacaqdı. Allahım o qərar bizə çatdırıldığında dəqiqələrcə qucaqlaşıb qeyd etmişdik bunu. Ona aşiq olmuşdum. Eyni duyğuları o da paylaşırdı və bunu fərq edən ailələrimiz məktəb bitdiyində hətta evləndirək deyə qərar aldılar. Ona dəlicəsinə vurulmuşdum artıq. Haşa Allaha şək qaçar kimi günah işlərcəsinə sevirdim. İlk əlini tutduğumda əsla bir daha buraxma demişdim. Yanaqları qızarmışdı, utanmış və başını önünə əymiş, gülümsəmiş və əlimi möhkəm-möhkəm sıxmışdı. Artıq hər gün əl-ələ məktəbə gedir məktəbdən çıxarkən əl-ələ gəzir sonra gedirdik evimizə. Arada bir əlləri tərlər və hər tərlədiyində əlini əlimdən qurulamaq üçün çəkərdi. Bunu hər etdiyində hirslənər əlimi buraxma deyə danlayardım, həmişə "yaxşı, yaxşı" deyərək gülümsəyər və sürətlə əlini ovcuma soxuşturardı. Hər şey möcüzə idi, dünya cənnət kimi idi gözümüzdə. İllər axıb gedirdi xoşbəxtlik içində. Nəhayət litseyi də bitirmək üzrəydik. Diplom vaxtı gəlmişdi. Diplonlarımızı götürdük, heç kəsrimiz yox idi. Sevinclə sarıldıq bir-birimizə əlimi tutdu. Bunu qeyd etmək üçün bir kafeyə gedib kola içərək qeyd edəcəkdik. Məktəbin az irəlisindən keçən bir yol vardı. Hər zaman toz tüstü içində olardı. Çınqıllarla örtülü idi. O yolun mənim və ölərcəsinə sevdiyim insanın ayrılmasında bu qədər rol oynayacağını bilsəm heç girərmiydik o yola. Nələr verməzdim o yolu yeriməmək üçün...
♥Qışda sevgi bir başqa olur♥


Tarix: 03.12.2014 / 18:40 Müəllif: Aziza Baxılıb: 180 Bölmə: Burcler haqqinda çox şey