beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı bürc daha şeytandır? – ANALİZ..

Əksər mənbələrdə bürclərin çox vaxt ortaq müsbət cəhətlərini, yaxud “tənbəldilər”, “diqqətsizdilər” kimi mənfi cəhətlərini qeyd edirlər. Amma bürclərin əclaflıq səviyyəsi, yaxud necə alçaqlıqlar edə biləcəkləri ilə maraqlanmaq yəqin heç kimin ağlına gəlməyib. Ailəm.az sizə bürclərin “əclaflıq reytinq”ini təqdim edir:

Qoç
İmpulsiv əclaf – etdiyi pis əməldən dərhal sonra ya səs-küylə üzr istəyir, ya teatral hərəkətlərlə başına “kül ələyir”, yaxud da ümumiyyətlə üzr istəmir. Başqa sözlə, “qüruru imkan vermir”.
Bəhanə: “Şeytan doldurdu”, “Heç bilmirəm necə oldu”.

Buğa
Ehtiyatlı əclaf – qoçun tam əksidir. “Heç bilirsən, nə edirsən?” sualını soruşmağa ehtiyac yoxdur, o, nə etdiyini yaxşı bilir. O, hər şeyi əvvəldən hesablayıb ki, hansı nöqtəyə zərbə endirsə, daha ağrılı olar.
Bəhanə: “Sən buna layiq idin”, “Yaxşı oldu sənə”.

Əkizlər
Quşbeyin əclaf - əclaflıq etdiyini başa düşməyən tiplərdir. Cəmi 5 dəqiqə sonra etdiyini unudur.
Bəhanə: “A, incidin məgər? Niyə?”

Xərçəng
Yazıq əclaf – yəni o, məsum qurbandır, sizsə əclaf. Bu, həmişə belə olacaq, hətta onun hesabındakı “pislik”lər sayı sizin hesabınızdakından çox olsa da. Üstəlik, bu bürcün bəzi nümayəndələri el-aləmə sizin ona – yəni “yazıq”, “fağır” insana necə əclaflıq etdiyinizi danışmaqdan da yorulmayacaqlar.
Bəhanə: “Məni sən məcbur etdin”

Şir
Özünəvurğun əclaf – o dahidir, qalan hər şey zir-zibildir. Elə bütün əclaflıqlar onun bu xasiyyətindən yaranır.
Bəhanə: “Mən belə istəyirəm”.

Qız
Kinli əclaf – nə vaxtsa onun yoluna daş qoymusunuzsa, özünüzdən küsün. Neçə illərdi o, məhz bu uğurlu anı gözləyib ki, sizi məhv etsin.
Bəhanə: “Mən?! A, necə ağlına gələ bilər bu!”, yaxud içindəki əclaf oyanaraq: “Yadındadır...” deyə açır sandığı, tökür pambığı.

Tərəzi
Qorxaq əclaf – bir sözlə, əclaflıq cədvəlinin birincisi. Birinə yalan deyir, birini satır, birinə böhtan atıb üzünə durur. Hər şeyin də bir səbəbi var – qorxaqlıq.
Bəhanə: Yoxdur. Sadəcə əclaflıq edir və aradan çıxır.

Əqrəb
Prinsipial əclaf – onun prinsiplərinə görə, siz hansısa qadağanı pozmusunuz və buna görə cəzalanmalısınız. Özlərini Ədalət silahı kimi hiss edirlər.
Bəhanə: Yoxdur. Sanki hər şey belə də olmalıdır.

Oxatan
Qalmaqallı əclaf – mübahisələrdən, dava-dalaşdan həzz alırlar.
Bəhanə: mənasız söz yığını.

Oğlaq
Qaradinməz əclaf – buğa bürcünün laqeydliyi, şir bürcünün eqoistliyi, öz bürcünün kütbeyinliyi və tamahkarlığını özündə birləşdirir.
Bəhanə: “Belə alındı də”.

Dolça
Həyasız əclaf – Əclaflıq cədvəlinin fəxri ikinci yeri. Pisliyi kiminsə əzab-əziyyət çəkməyini görüb gülmək üçün edir.
Bəhanə: “Ha-ha-ha”.

Balıqlar
Laqeyd əclaf – “Kömək edin” çığırtısını eşidər, durub pəncərəni bağlayar, yorğanı çəkib başına yatar. Heç xəstəxanaya gəlib adama bir baş da çəkməz.
Bəhanə: “Bağışla da, hərə özünə görə cavabdehdir”.


Tarix: 24.11.2014 / 16:08 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Burcler haqqinda çox şey