beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigahların uyğunluğu haqqında (II hissə)

Kişi Buğa – Qadın Qoç
Güclü iradəyə və amiranə təbiətə malik qadın emosional təbiətli Qoçla yola gedə bilməz. Lakin ümumi yaradıcılıq və ya işgüzar əlaqələr onları bağlayırsa nigah mümkündür. Belə ki, qadın Qoç təkan verəcək, kişi Buğa bunları həyata keçirəcək.

Kişi Buğa –Qadın Buğa
Hər iki tərəf aralarındakı ümumi cəhətləri görə bilmir. Adətən məqsədli nigah olur və tərəflər hakimlik uğrunda sona qədər mübarizə aparırlar.

Kişi Buğa – Qadın Əkizlər
Buğanın sədaqəti, cəsarəti və təsərrüfatçılığı şux və ağıllı Əkizləri cəlb edir. Bu nigahın ən böyük düşməni qısqanclıqdır.

Kişi Buğa –Qadın Xərçəng
Buğanı cəlb edən Xərçəngin sədaqətidir. Hər ikisində ümumi cəhətlər çoxdur. İkisi də evini sevir, yaxşı valideyndirlər. Buğa Xərçəngi gözdən qoymur, onun qayğısına qalır. Xərçəng isə, tündməcaz Buğanı ustalıqla sakitləşdirir.

Kişi Buğa – Qadın Şir
Çox tez-tez baş tutan və tez də sona yetən nigahdır. Şirin səmimiyyəti və əli açıqlığı Buğanı cəlb etsə də,onun dikbaşlığı, tələbkarlığı və məcara həvəskarı olması Buğanı razı salmayacaq. İntim həyatdakı uyğunluqları da bu nigahı xilas edə bilməyəcək...

Kişi Buğa – Qadın Qız
İdeal nigahdır. Hər ikisi gözəl ev sahibidir, evini və ailəsini sevir, bir –birinə heyrandırlar. Qadın Qız bürcü əri ilə fəxr edir. Əgər Buğa kişisi evə əsəbi gəlib, evdə hər şeyi dağıtsa, səhər evdəki həmişəki səliqə-sahmanı görəcəkdir. Yeganə qan qaraldan məsələ qadının soyuqluğudur.

Kişi Buğa – Qadın Tərəzi
Bu nigahda ər-arvadı birləşdirən cəhət maraq dairələrinin yaxınlığıdır. Ərköyün və özündən razı Tərəzi üçün Buğa ideal ər deyil. Cəmiyyətdə tutduqları mövqeyə və eyni məqsədləri xatirinə birgə yaşayış mümkündür...

Kişi Buğa – Qadın Əqrəb
Məsləhət görülməyən izdivacdır. Buğa ilə Əqrəb öz temperament və xüsusiyyətçilik xasiyyətinə görə oxşardır. Qarşılıqlı ehtiraslar onları nə qədər yaxınlaşdırsa da, hökm etməyi sevən Əqrəbin, inadkar və özündən razı Buğaya güzəştə getmək fikri yoxdur.... Onlar biri-birinə ər-arvad kimi yox, sevgili kimi uyğundurlar... Bu nigah baş tutarsa, ondan gözəl və istedadlı uşaqlar doğular ki, ailənin qoruyub saxlanmasında mühüm rol oymaya bilərlər.

Kişi Buğa – Qadın Oxatan
Məqsəd və təmənna üzərində qurulanda möhkəm sayılır. Oxatanın hökmranlıq iddiası, Buğada etiraz və barışmazlıq doğurur ki, intim həyatdakı uyğunluğa və övladlarının olmasına baxmayaraq, nigahın hər zaman pozulması mümkündür...

Kişi Buğa- Qadın Oğlaq
Əsl biri-biri üçün yaranan, yaşayan cütlüyün izdıvacı arzu olunandır.

Kişi Buğa – Qadın Dolça
Buğanı Dolçanın yaraşığı və zərifliyi, Dolçanı isə Buğanın sədaqəti və evdarlığı cəlb edir. Lakin Dolçanın hədsiz azad sevərliyi nigahın pozulmasına gətirib çıxara bilər...

Kişi Buğa – Qadın Balıqlar
Kənardan bu izdivac uğurlu görünsə də, həssas və sirli Balıqlara ərinin kobudluğuna dözmək çətindir. Balıqlar hətta özlərini sahilə belə ata bilərlər...


Tarix: 24.11.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Burcler haqqinda çox şey