beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərin yemək zövqləri

Qoç (21 Mart - 20 Aprel)
Tez bazar yeməyə maraqlısınız. Sizin üçün təhlükə çox yaxındadır. Duz və spirtdən uzaq duraraq bunun yerinə bolluca su için. Pomidor, kartof, soğan, quru paxla mercimək, kahı, ispanaq, turp, düyü, zeytun, alma, balqabaq, qoz kimi qidaları həftəlik qidalanmanıza əlavə edin.

Buğa (21 Aprel - 21 May)
Yaxın zamanlarda kilolarınız sizi çətinliyə salabilər. Karbonhidratlardan uzaq durun. Əks təqdirdə kök bir adam olacaqsızı. Aşağı kalorili nişasta, yağ və şəkər tərkibli bir pəhriz qidalanma həyatınızın lazımlı bir hissəsi olmalıdır. Təbii yod tərkibli qidalar olan balıq və dəniz məhsulları, yumurta, qara ciyər. böyrək, ispanaq, çuğundur, təzə meyvə və xiyar seçin. Su sizin üçün həyatın vaz keçilməzi olmalıdır.

Əkizlər (22 May - 21 İyun)
Yemək yeyərkən tələsik hərəkət edirsiniz. Bu hərəkət sizin sağlamlığınıza təsir edir. Yeməkləri çeynəmədən udmayın. Az amma çox yeməyi prinsip halına gətirin. Sümüklərinizin sağlam olmasını istəyirsinizsə sağlam qidalanin. Əkizlərdə qan laxtalanmasına çox təsadüf olunur. Balıq, kərə yağı, kənd pendiri, iri portağal, şaftalı, ərik, üzüm suyu, kişmiş və badam qidalanma siyahınızda imtina edilməz qidalar olmalıdır. Sakitləşmək və dinc olmaq üçün şəfalı bitkilər və kafeyinsiz çay sizə görə olacaq.

Xərçəng (22 İyun - 23 İyul)
Romantik olmanız sizin qidalanma vərdişlərinizə də təsir edir. Kədərləndikcə börəklərə, kekslərə, dondurma və konfetlərə sarılırsınız. Xərçənglər nişastalı yeməklərdən, şəkər, duz və ədviyyatlardan uzaq durmalıdır. Bədəninizin kalsiuma çox ehtiyac var. Aşağı yağ tərkibli süd, pendir və qatıq, buruq kələm, pomidor, xiyar və kahıa. bol miqdarda təzə tərəvəz və yağsız zülal sizin dəri və mədə sağlamlığınız baxımından yaxşı olar.

Şir (24 İyul - 23 Avqust)
Yemək sizin üçün sanki bir zövq halına gəlmişdir. Qan dövranınızın nizamlı olması üçün quzu və ev heyvanlarının əti, qaraciyər, çiy yumurta sarısı, kərəviz, alma, əncir, şaftalı, limon və badam sizin üçün ideal qidalardır.

Qız (24 Avqust - 23 Sentyabr)
Konfet dəyincə siz ağıla gəlirsiniz. Xüsusilə şokolad həyatınızın vazgeçilməzidir. Bu yeməklərdən uzaq durmalısınız. Çünki ürəyinizdə problem meydana gətirə bilər. Yağsız mal və quzu əti, pendir, zeytun, portağal, limon, qovun, alma, armud sizin ideal yeməyinizdir. Qovun, alma, armud qismən dərinizi təmizləmək və saçlarınıza baxım təmin etmək üçün köməkçi olar.

Tərəzi (24 Sentyabr - 22 Oktyabr)
Tərəzi bürcündəkilər göy noxud, qarğıdalı, ispanaq, buğda, yulaf unu, alma, çiyələk, badam, və kişmiş həmişə əlinizin altında olmalıdır. Böyrəkləriniz üçün çox turşulu içkilərdən uzaq durun. İncə və zərif bir bədən üçün incə dilimlər faydalı olar.

Əqrəb (23 Oktyabr - 22 Noyabr)
Bürcünüz istehsal orqanlarını təmsil edər. Tənəffüs yolları problemləri yaşaya bilərsiniz. Taxıllardan hazırlanmış çörəklər, balıq və dəniz məhsulları, xiyar, soğan qırmızı turp, təzə meyvə və tərəvəzlər olan bir pəhriz sizə görədir.

Oxatan (23 Noyabr - 20 Dekabr)
Bürcünüz ombalar qıç üstləri və qaraciyəri təmsil edir. Təbii qidalanmaq üçün qabıqlı meyvələr və tərəvəzləri seçin. Bol çiy tərəvəz, yaşıl bibər, kartof, əncir, quru ərik, çiyələk, alma, armud və dənəli taxılları yeməniz tövsiyə edilir.

Oğlaq (21 Dekabr-18 Yanvar)
Çalışqan bir quruluşunuz var və işləyərkən də fərqində olmadan yeyirsiniz. Halbuki bu sizin üçün çox zərərlidir. Bədəninizin vitamin və minerallardan ibarət olan/ geniş bir qida qarışığına ehtiyacı var. Kələm. kərəviz, yağsız ətlər, limon, portağal, inək südü, hər cür pendir, balıq, yumurta sarısı, buğda və əncirlə qida reseptinizi hazırlayın. Ərik, badam yeyərək quru və allergiyaya meylli dərinizi canlandırın. Siqaret və siqaret tüstüsündən uzaq durun.

Dolça(19 Yanvar - 20 Fevral)
Bədəninizin davamlı C vitamininə ehtiyacı var. Yemək tərziniz yenilikçidir. Bu səbəblə dəyişik ləzzətlər dadmağı sevirsiniz. Dəniz məhsulları brokoli, turp ba ıspanaq, alma, şaftalı, limon, portağal, nar və ananas sizin üçün təbii qidalardır.

Balıq (20 Fevral- 21 Mart)
çətin və darıxdırıcıı pəhrizlər sizə görə deyil. Yüksək zülallı, aşağı yağ və şəkər tərkibli pəhriz tətbiq etdiyiniz zaman özünüzü çox daha yaxşı hiss edərsiniz. Dəmir əskikliyi aşağı təzyiqə səbəb olar. Pəhrizləriizdə zəngin dəmir ehtiva edən qaraciyər, yağsız mal əti, quzu əti, yumurta sarısı, ispanaq, soğan, arpa, kahı buğda çörəyi, quru paxla, alma, üzüm, limon, portağal, şaftalı, xurma, quru ərik və üzüm ilə cəfəri tövsiyə edilir.


Tarix: 24.11.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Burcler haqqinda çox şey